Uzanma

Uzanma (rus. простирание, ing. strike) — layın təbəqənin, damarın, qatın, qırılma müstəvisinin və s. üzərində üfqi xəttin meridiana nisbətən istiqaməti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.[1]

  1. Uzanma // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.