Uzunada (türk. Uzunada) — Türkiyənin İzmir ili, Urla ilçəsi ərazisinə daxil olan ada. İzmir körfəzinin orta qismində yer alır. Türkiyənin sahəsinə görə dördüncü ən böyük adasıdır.
Uzunada | |
---|---|
türk. Uzunada | |
Ümumi məlumatlar | |
Sahəsi | 25,39 km² |
Hündür nöqtəsi | Barbaros təpəsi, 189 m |
Yerləşməsi | |
38°30′06″ şm. e. 26°42′50″ ş. u. | |
Ölkə | Türkiyə |
Vilayət | |
Akvatoriya | |
|
Antik yunancada adı Drymoussa (Δρυμούσσα) olan ada, ayrıca Makronisi ("uzun ada") və ya Englezonisi adı ilə adlandırılmışdır. Bəzi mənbələrdə Köstən adası olaraq da adı keçərlidir.[1]
Qədim Yunan tarixçisi Fukidid Uzunadanın Spartalı admiral Astuocosun bəzi gəmilərinin Peloponnes müharibəsinin iyirminci ilində səkkiz gün sığındığı üç adadan biri olduğunu xatırladır.
Eramızdan əvvəl 188-ci ildə Apamea müqaviləsi imzalanandan sonra ada Klazomenai şəhərinə verilir.[2][3][4]
1914-cü ildə adada təxminən 2000 yunan yaşadığı məlumdur.[5]
Birinci Dünya müharibəsi zamanı Kral Dəniz Qüvvələrinin Aralıq dənizi Donanması 1916-cı ilin aprelində adanı işğal edir.[6][7][8] Ada 12 sentyabr hərbi çevrilişindən sonra Nəcməddin Ərbakan və Alparslan Türkeşin sürgün edildiyi yerdir. Bu gün onların qaldığı yerlər yay aylarında sosial bir obyekt kimi istifadə olunur. Adaya hazırda Hərbi Dəniz Bazası Komandanlığı heyəti və xidməti şəxslərin ailələri istisna olmaqla giriş qadağadır.
Şimali-cənub istiqamətində 9 km olan uzunluğu və maksimal 5 km enə sahibdir. Adanın sahəsi 25,39 km²-dir. Sahil xəttinin uzunluğu isə 31 kilometrə yaxındır. Bu göstərici ilə Türkiyənin sahə baxımından dördüncü böyük adasıdır. Urla və Karaburun sahillərinə yaxın ərazidə yerləşir. İzmir körfəzinin mərkəzi hissəsində qərarlaşır. Buxtadan dağ şəklində yüksələn adanın ən yüksək nöqtəsi 189 m olan Barbaros təpəsidir.[9] Ada dənizdəki Tolos priçalı ilə materiklə əlaqə qurulmasına imkan verir.