İzmir körfəzi

İzmir körfəzi (türk. İzmir Körfezi) — Egey dənizinə daxil olan körfəz. Körfəzin cənub-şərq sahilində Türkiyənin ən çox məskunlaşdığı üçüncü şəhəri İzmir yerləşir. Geoloji cəhətdən İzmir çöküntüsünə aiddir. Körfəzdə bir çox ada vardır. Onlardan ən böyüyü Uzunada və Hekim adalarıdır. Urla yarımadası və Uzunada vastəsi ilə İzmir körfəzindən Gülbahçe körfəzi ilə ayrılmışdır. Türkiyənin ən böyük çaylarından olan Gediz şərqdən körfəzə tökülür.

İzmir körfəzi
Ümumi məlumatlar
Dərin yeri ≈75 m
Yerləşməsi
38°29′00″ şm. e. 26°49′00″ ş. u.HGYO
Ölkə  Türkiyə
Region
Akvatoriyası
İzmir körfəzi xəritədə
İzmir körfəzi
İzmir körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antik dövrdə Germeia körfəzi kimi tanınırdı[1].

Körfəzə giriş Yunanıstanın Lesbos adasından 30 kilometr cənubdandır.

Türkiyənin ikinci böyük limanı olan İzmir limanından əlavə olaraq başqa bir limanı da mövcuddur. Körfəzin ən əhəmiyyətli kiçik şəhəri Urladır.

Körfəzin şimal-şərq sahili adi monax suitisi üçün sığınacaqdır. Körfəzdə kefalkimilər, levrekkimilər, Sparus aurata, Mullus barbatus və kalmar tutulur. Bundan əlavə körfəzdə skat, qalxan balığı, eləcə də suiti və delfin kimi məməlilərə tez-tez rast gəlinir. Körfəzin şimalındakı İzmir Quş Cənnəti və cənubdakı Çakalburnu Laqoon quşların yetişdirmə yeridir. Körfəzdə 2019-cu ildə yeni bir növ hesab edilən boru qurdu aşkarlanmışdır[2][3].

Körfəz ətrafında ilk yaşayış məskənlərinin neolit dövründə olduğu qəbul edilir. Ən məşhur yaşayış məskəni eramızdan əvvəl 3300-cü ildə Bayraklı ətrafında qurulmuş Smirni qədim şəhəridir.

Ankara döyüşündən sonra İzmirə gələn Əmir Teymur 1402-ci ilin dekabrında İzmir Liman Qalasını və ətrafını ələ keçirdi və qalanın məhv edilməsini əmr etdi.

Birinci Dünya müharibəsi dövründə, 1915-ci ilin mart ayında Sancakburnu qalası və Urlada, 1916-cı ilin mayında isə Uzunada ətrafında dəniz döyüşləri baş vermişdir.

Körfəz ətrafında 200.000 insanın yaşadığı dövrdə tullantı sularının bura axıdılması heç bir aşkar problem yaratmamışdı. Bununla belə əhalisi 500.000-dək artması və sənayeləşmə ilə körfəz özünü yeniləmək qabiliyyəti itirdi. Çirklənmə artmağa başladı. Bu dövrdə çirklənmə nəzərə çarpdı və insanlar artıq dənizdə üzməkdən məhrum oldu. 1990-cı illərdə əhalisi 1,7 milyonu keçdikdə, çirklənmə səviyyəsi daha da artdı və balıqlarda ağır metal qalıqları tapıldı. 1992-ci ildə İZSU tərəfindən Böyük Kanal Layihəsi adlanan təmizlik və kanalizasiya sistemi qurulmağa başladı. Tullantı sularının körfəzə axıdılmasının qarşısı 2002-ci ilin oktyabrında qoyulmuş sistemlə alındı. 2010-cu illərdə körfəzdəki çirkliliyin aradan qaldırıldığı və dəniz həyatının normala qayıtdığı müşahidə edildi[4].

  1. "GEOPHYSICAL INVESTIGATIONS IN THE GULF OF IZMIR (WESTERN-TURKIYE): NEOTECTONIC AND SEDIMENTOLOGICAL APPROACH" (PDF) (ingilis). balkangeophysoc.gr. 2017-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-3-3.
  2. "Arxivlənmiş surət". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  3. "Arxivlənmiş surət". 2019-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
  4. "Arxivlənmiş surət". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.