Uzuncorab Peppi

Inger Nilsson (1968)

Uzuncorab Peppi (isveçcə tam adı "Pippilotta Viktualia Rullgardina Krusmynta Efraimsdotter Långstrump") – İsveç uşaq yazıçısı Astrid Lindqrenin üç cildlik uşaq hekayəsinin baş qəhrəmanı olan qız obrazıdır.

Peppi nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır. Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün uşaqların xassiyyətini cəmləşdirir. Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir.

Astrid Lindqrenin bu romanı 50-dən çox dilə tərcümə edilmişdir. Əsasən İnqer Nilsonun ifasında çəkilmiş film başqa dillərə çevrilərək böyük şöhrət qazanmışdır.