Karlson (personaj)

Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi.

Karlson
Yaradan Astrid Lindqren
Məlumat
Cinsi kişi[d]
Yaşayış yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rusiya markası, 1992-ci il

Trilogiyada təsvir edilmişdir:

Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur.

Stokholmda uşaq mədəni əyləncə mərkəzi Yunibakkendə damda yaşayan Karlson

Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.

İsveçdə Karlson soyadı ən geniş yayılmış üçüncü soyaddır. 2008-ci ildə İsveçdə bu soyadı 201 681 nəfərin daşıması qeydiyyata alınmışdır. Hər üç kitabda Karlsonun adı çəkilmir, o, sadəcə özünü Karlson adlandırır.

Karlson balaca, özünəgüvənən kök birisi kimi təsvir olunur. Karlson uçmağı bacarır:

O, yalnız qarnındakı düyməni basmaqla onun belindəki hiyləgər motor işləməyə başlayır. Propeller tam fırlanmayana qədər Karlson hərəkətsiz dayanır, lakin artıq işə düşdüyüni bilən kimi Karlson yuxarı qalxaraq uçmağa başlayır. Özünü hansısa direktor kimi özündən razı şəkildə aparır.

"Körpə və Karlson", başlıq 1.

İdarə etmək üçün hər hansı bir vasitəsi olmamasına baxmayaraq, Karlson havada rahat şəkildə istiqamətini və yerini dəyişə bilir. Kütləvi informasiya vasitələrində Karlson intriqalı fenomen olduğuna görə ona "uçan çəllək" adını vermişdilər. Maraqlıdır ki, 1950-1965-ci illərdə İsveç Silahlı Hava Qüvvələrində SAAB-29 adlı reaktiv qırıcısı "uçan çəllək" adlanırdı.

Karlson damda tüstü bacasının arxasında yerləşən balaca evcikdə yaşayır. Karlson müştük çəkir.

Karlson kabus kimi uçduğu zaman səs salmamaq üçün öz motorunda olan səsboğucunu işə salır. İkinci kitabda bildirilir ki, Karlsonun motorunun adi vaxtlarda olan səsi vertolyot səsini xatırladır.

Karlson nəsə sındırdığı zaman ən çox sevdiyi deyimlər "Sakitlik, ancaq sakitlik""Boş şeydir".

Onun vətəni olan İsveçdə onu "eqoist, yalançı,lovğa" hesab etdiklərindən, onu heç kim sevmir.

Karlson sindromu - 3-7 yaş arasında olan uşaqların xəyali dosta ehtiyac duyduqları psixoloji xüsusiyyətdir.

Sovet cizgi filmlərindən fərqli olaraq, kitabların heç birində Karlsonun sevimli yeməyinin mürəbbə olduğu göstərilməmişdir. Kitabda onun sevimli yeməkləri isveç küftələri və qaymaqlı tortdur.