Uzunquyruq palinqeniya

Uzunquyruq palinqeniya (lat. Palingenia longicauda) — Gündəcələr dəstəsinə (lat. Ephemeroptera) daxil olan həşərat növü. Avropa gündüzcələrinin ən iri nümayəndələrindən biridir: Bədəninin arxasında olan bir çüt qamçıLarı ilə birlikdə erkəklərin uzunluğu 12 sm çatır[1]. Bu canlılar bir çox Avropa ölkəsində yoxa çıxmışdır. Hazırda onlara əsasən Serbiya, MacarıstanRumıniya[2] da rastlamaq mümkündür. Ukraynanın qırmızı kitabına qaxil edilmişdir.

Uzunquyruq palinqeniya
Tiszavirágzás a Tiszainokai kikötőnél, 2011. június 13 -án.JPG
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Uzunquyruq palinqeniya
Beynəlxalq elmi adı

P. longicaudanın sularda müşahidə edilməsi, həmin suyun təmiz olması anlamına gəlir. Əvvəllər bu canlıların tırtılları Naqqa balığının ovunda istifadə edilirdi. Hazırda isə nadir tapılması və qorunma statusu ilə əlaqədar olaraq bu sənaye dayandırılmışdı.

Təsviri[redaktə | mənbəni redaktə et]

Qanadları arasında məsafə 28–38 mm-dir. Ön qanadlarında üç cüt damar vardır. Yalnız erkəklərin ön ayaqları funksiyanaldır. Erkəklərin qamçıları bədən ölçülərindən iki dəfə böyük olur. Dişilərdə isə bədən ölçüləri ilə eynidir. Başları qəhvəyi, sinə və ayaqları sarı ya da ağımtıl, qarın və qamçıları isə sarımtıl rəngə olur.

Qazma tırtılları sarılmtıl-qəhvəyi rəngdə olurlar.

Areal[redaktə | mənbəni redaktə et]

Tarixi olaraq Qərbi Avropa, Dunay və Dnestr çayları arasında olan ərazidə yayılmışdır. Hazırda Qərbi Avropada bu növün tamamən nəsli kəsilmişdir. Etibarlı tapıntılar yalnız Dunay hövzəsində bilinir. Ukraynada növə ancaq Dunayın yatağında və Kiliya mənsəbində rastlamaq mümkündür. XX əsrin birinci yarısında isə onlara Dnestrın yuxarı və orta axarlarında rastlamaq mümkün idi.

Bu növ böyük lilli, düzən çaylarda müşahidə edilir.

Biologiya[redaktə | mənbəni redaktə et]

Kütləvi uçuş

Sürfələri gilli sıldırımlı çay sahillərində və 10 metrə qədər olan çayların gilli lildən ibarət olan çay diblərində yaşayırlar. Çənələrin və ön ayaqların köməyi ilə sürfələr U şəklində çuxur qazırlar. Belə tunellərin sıxlığı dörd yüz kvadrat metrə çata bilər[3]. Sürfələr kiçik həşəratlar və digər su onurğasızları ilə qidalana bilirlər.

Digər gündüzcələr kimi subimaqo mərhələsi qısa müddət ərzində baş verir. Sonuncu pupun içindən imaqo artıq yetkin fərd olaraq çıxır. Canlının səthə çıxması və qanadlı həşəratların uçuşu çox vaxt kütləvi xarakter daşıyır. Bu hadisə əsasən iyun-avqust ayları ərzində bir həftə müddətində baş verir. Uşuş sinxronvari xarakter daşıyır. Gediş zirvəsi əsasən saat 16:00–19:00 arasında dəyişir. Yetkinlər çox qısa müddətdə yaşayır və daim uçuşda olurlar. İmaqoların cəmi bir neçə saat çütləşmək üçün vaxtları olur. Bundan sonra isə onlar ölürlər. Həşəratların uçuşu təkamül hərəkətli birləşmələrdən ibarətdir. Tez bir şəkildə qanadlarını çırpır və yüksəlməyə başlayır. Sonra isə tədricən aşağı enirlər. Erkəklər səmadaca dişiyə yaxınlaşır və dərhal havada cinsi boşluqlara spermoforları bağlayırlar. Çütləşmə bitdikdən sonra erkəklər ölür. Dişilər isə yumurta qoyurlar. Dişi yumurta qoymamışdan öncə 1–3 km-dən 10 km qədər çayla üzü axara qarşı uçur. Yumurtalar çayın səthinə buraxılır. Buradan isə suyun dibinə düşür. Təqribən 45 gündən sonra yumurtalardan sürfələr çıxır. Yumurtadan imaqoya çevrilənə qədər ki mərhələlər 3 il çəkir. Bu müddət ərzində sürfə 20 dəfə şəkil dəyişdirir.

Bir çox digər gündüzcələrdən fərqli olaraq, P. longicauda su anbarlarından heç vaxt ayrılmır. Uçuşları aşağıdır və hətta suyun səthinə sürüşürlər[4] — bu səbəbdəndə çox vaxt səth balıqlarının yeminə çevrilirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Riverfly: Teifi Rivers Invertebrate Monitors: Europe's largest mayfly". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-24.
  2. Bernerth, Haide; Tobias, Wolfgang; Stein, Stephanie; Turowski, Susanne. Section 4.2: Macrozoobenthos // In Literáthy; Péter; Koller-Kreimel, Veronika; Liška, Igor (eds.). Joint Danube Survey: Technical report of the International Commission for the Protection of the Danube River (PDF). 2002. səh. 42. 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-01-10.
  3. William H Robinson. Handbook of urban insects and arachnids. Cambridge University Press. 2005. ISBN 0-521-81253-4.
  4. Kriska, György; Balázs Bernáth; Gábor Horváth. "Positive polarotaxis in a mayfly that never leaves the water surface: polarotactic water detection in Palingenia longicauda (Ephemeroptera)". Naturwissenschaften. 94 (2). February 2007.[ölü keçid]

Mənbə[redaktə | mənbəni redaktə et]