Uzunsütunlu leopoldiya

Uzunsütunlu leopoldiya (lat. Leopoldia longipes) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin leopoldiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2abc +3bc+4abc; B1ab (iii, iv, v) c (ii, iii) + 2b (iii, iv, v) c (ii, iii, iv). Azərbaycanın nadir növüdür.

Uzunsütunlu leopoldiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaqları iridir, yumurtavar-kürəkşəkillidir, 3-4 sm-ə qədər enindədir, boz-qəhvəyi qınlıdır. Gövdəsi düzdür, 40-70 sm hündürlükdədir. Yarpaqları yastıdır, 10-20 mm enindədir, kənarları kələ-kötürdür. Salxımı dğınıqdır, enli-konsvari, 20-45 sm uzunluğundadır. Barsız çiçəkləri çoxsaylıdır, mavi rəngdə olmaqla, çiçəkdən bir neçə dəfə uzundur, qıvrımdır, qövsvari əyilmişdir. Meyvəverən çiçəklərdə çiçəkyanlığı sarımtıl və ya qəhvəyi-yaşıl rəngdədir, uzunsov boruşəkillidir, tam silindrvaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvəvermə vaxtı aprel və may aylarına təsadüf edir. Mezokserofitdir. Toxum və soğanaqlarla çoxalır. Dağətəyi, aşağı və yuxarı dağ qurşaqlarında, aranda, daşlı-çınqılı, otlu, dağ yamaclarında, yarımsəhralarında rast gəlinir. Dekorativ bitkidir.

Kür-Araz ovalığı, Lənkəranın Muğan hissəsi, Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu, Ardıc dağ, Havuş kəndi və Şahbuz rayonu Kükü dağ ərazisi).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarına az-az rast gəlinir. Fraqmentləşmiş sahələrinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Bəzək xüsusiyyətlərinə görə əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Ysaqlıqların yaradılması vacibdir.