Cephalanthera longifolia (lat. Cephalanthera longifolia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü.
Cephalanthera longifolia | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Cephalanthera longifolia |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Arealı kiçilməkdə olan az rast gəlinən növdür. Ural, Qırğıstan, Qafqaz, Skandinaviya, Orta və Atlantik Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Himalayda yayılıb. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir. Ehtiyatı məhduddur, nadir halda və az miqdarda rast gəlinir.
Hündürlüyü 20–45 sm, düz gövdəli, çılpaq çoxillik bitkidir. Qaytanşəkilli çoxsaylı köklərə malik kökümsovu üfüqi yerləşmişdir. Yarpaqları xətvari-neştərşəkilli və ya neştərvaridir, yuxarı yarpaqları dar, çox vaxt sivriləşmiş olur. Çiçək qrupu 15–20 sm uzunluqdadır, düz, formalı, seyrək və 3–20 ədəd çiçəkdən ibarətdir. Çiçəkləri ağ rənglidir və çılpaqdır; çiçəkyanlığının xarici ləçəkləri neştərvari və ya uzunsovdur, daxili ləçəkləri isə əksinəyumurtaşəkilli-ellipsvari olub, hamısında damarın sayı 5 ədəddir. Çiçək dodağı çiçəkyanlığının yarpaqcıqlarından bir qədər qısadır, onun ön dilimləri ürəkşəkilli — böyrəkşəkillidir və 3–5 ədəd uzununa dişli daraqlıdır. Çiçəkləməsi may ayında, meyvə verməsi may-iyun aylarında baş verir. Toxumla və vegetativ yolla çoxalır.
Zaqatala (Car kəndi), Şəki (Kiş kəndi), Xaşmaz (Qusarçay, Dədəli, Alekseyevka kəndləri), Göygöl ətrafında yayılmışdır.
Çiçəyinin yığılması, yayıldığı yerin əkilməsi.
Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Göygöl qoruğunda mühafizə edilir.