Vüqar Əhmədov (sədr)

Əhmədov Vüqar Cəbrayıl oğlu (3 yanvar 1975, Mingəçevir) — "Azərişıq" ASC-nin sədri (7 yanvar 2020–indi), "Azərişıq" ASC-nin sədrinin müavini (2015–2020), İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru.

Vüqar Əhmədov
bayraq
Azərişıq” ASC-nin sədri
bayraq2
Vəzifədədir
7 yanvar 2020-ci ildən
ƏvvəlkiBaba Rzayev
Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini
14 oktyabr 2015 – 7 yanvar 2020
SədrBaba Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1975(1975-01-03) (49 yaş)
Doğum yeri
Partiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vüqar Əhmədov 3 yanvar 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.

2015–2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir.

Ailəlidir. 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub.

14 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə sədr müavini vəzifəsinə təyin olunub.

7 yanvar 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəcamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə sədr təyin olunub.[1]

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

  1. "V.C.Əhmədovun "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-01-07. 2020-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.