Vüqar Əfqan oğlu Əliverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. 2016-cı ildə Aprel döyüşləri və 2020-ci ildə Vətən Müharibəsində iştirak etmişdir.
Vüqar Əliverdiyev | |
---|---|
Vüqar Əfqan oğlu Əliverdiyev | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 1993 – davam edir |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Aprel döyüşləri (2016) Qarabağ döyüşləri (2020) |
Təltifləri |
2008-ci ildə mayor Vüqar Əliverdiyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
2016-cı ildə isə polkovnik Vüqar Əliverdiyev Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, Prezident İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülmüşdür.
2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Vüqar Əliverdiyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.[1]