Vüqar Əliyev (sədr)

Vüqar Əliyev (azərb. Əliyev Vüqar Əliheydər oğlu‎; 1980, Bakı) — Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri[1]

Vüqar Əliyev
Vüqar Əliheydər oğlu Əliyev
Doğum tarixi (43 yaş)
Doğum yeri Azərbaycan, Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Filologiya
Təhsili Azərbaycan Dillər Universiteti, Moskva Dövlət Linqvistika Universiteti
Fəaliyyəti jurnalistika

Vüqar Əliyev 1980-ci il noyabrın 27-də Bakıda anadan olub.

2001-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib.

2001-2002-ci illərdə həqiqi hərbi xidmətdə olub.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2010-2012-ci illərdə Moskva Dövlət Linqvistika Universitetində[ru] jurnalistika ixtisası üzrə təhsil alıb.

2007-2017-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) ingilis dili üzrə tərcüməçi və tərcümə redaktoru vəzifələrində işləyib.

2017-2019-cu illərdə siyasət xəbərləri redaksiyasında bölmə müdiri vəzifəsində çalışıb. Bu illərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xarici səfərlərinin və iştirak etdikləri tədbirlərin işıqlandırılmasında iştirak edib.

2019-2022-ci illərdə Prezident Administrasiyasında Birinci vitse-prezidentin Katibliyində çalışıb.

2022-ci il noyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin olunub.[2]

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidentidir.[3]

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvüdür.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.[4]

2023-cü ilin sentyabrında “Bir kəmər, bir yol İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının Rəyasət Heyətinin üzvü seçilib.[5]

Ailəlidir, üç qız övladı var.

  • “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” yubiley medalı (2023)
  • “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanının 30 illiyi (1993-2023) yubiley medalı (2023)
  • "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı (2024)


  1. "Prezident Vüqar Əliyevi AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edib". 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-28.
  2. V.Ə.Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. "OANA Executive Board". 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  4. "Komissiya üzvləri". 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-16.
  5. AZƏRTAC “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının Rəyasət Heyətinin üzvü seçilib