Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Vüqar İskəndər oğlu Əmiraslanov-Qarabağ müharibəsi iştirakçısı,şəhid.
Vüqar Əmiraslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Laçın rayonu Qoşasu kəndi |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Xocalı |
Dəfn yeri | Yevlax rayon Aran qəsəbəsi]] |
Əslən Laçın rayonunun Mişni kəndindən olan Vüqar İskəndər oğlu Əmiraslanov 22 may 1968-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olmuşdur. 1969-cu ildən Yevlax rayonun Aran qəsəbisinədə yasayıb.
1975-ci ildə Yevlax rayonunun "28 aprel" qəsəbəsində (indiki Aran qəsəbəsi) yerləşən 1 nömrəli beynəlminəl orta məktəbinin 1-ci sinifinə daxil olmuş 1985-ci ildə məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir.
Vüqar 7 illik musiqi məktəbinin tar şöbəsini bitirmişdir.
1986-cı ildə hərbi xidmətə olmuşdur.Batumi şəhəri ətrafında sərhədyanı qoşun hissəsində xidmət etmişdir.Xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən valideynlərinə dəfələrlə "əla xidmətinə"görə təşəkkür məktubları göndərilmişdir.
1989-cu ildə Azərbaycan Sənaye Universitetinin tələbəsi olmuşdur.
Azğın düşmənlərin torpaqlarımıza təcavüzü Vüqarın təhsilini yarımçıq qoymağa vadar edir.Ana torpağa sonsuz məhəbbət,vəhşi düşmənə tükənməz nifrət hissi ilə alışıb yanan Vüqar könüllü olaraq 1992-ci ilin mart ayının axırlarında Ağdamda "Qarabağ Şahinləri"adına olan N saylı hərbi hissəyə qoşuldu.O kəşfiyyatçı idi.Verilən tapşırıqları məharətlə yerinə yetirən Vüqarı döyüş yoldaşları çox sevirdilər.
Növbəti döyüş tapşırıqları may ayının yeddisinə təyyin olunmuşdu.On iki nəfərdən ibarət olan dəstə Xramort (Pirlər) yaxınlığındakı dağa qalxıb Xanabad istiqamətində düşmənə zərbə endirməli idi.
Mayin səkkizində gecə saat 03 radələrində əmri yerinə yetirərkən Vüqar düşmən minasından ağır yaralanır.
Xəstəxanada olanda Anasına deyir:Ana məni evimizə apararsan?Son dəfə anasın öpür anasıda onu.Kəlimeyi-şəhadətini deyir və divarda asılan Azərbaycan bayrağına baxır bir neçə dəfə "Azərbaycan"deyib,1992-ci il may ayının 19-unda əbədi olaraq şəhidlik zirvəsinə ucalır.
Yevlax rayon Aran qəsəbəsi qəbristanlığında dəfn olunub.
Yevlax rayon Aran qəsəbəsi 2 nömrəli tam orta məktəb şəhid Vüqar Əmiraslanovun adını daşıyır.
Laçın rayonunun Mişni kəndində adına küçə var.