Vüqar Abdulkərimov

Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı.

Vüqar Abdulkərimov
Doğum tarixi 24 oktyabr 1974(1974-10-24) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti alim
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur.

16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]

Evlidir. 3 övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir. Plazma mübadiləsi, ekstrakorporal müalicə üsullarını tədqiq və tətbiq etmişdir.

Beynəlxalq Ağrının Tədqiqi Assosiasiyasının və Türkiyə Ağrı Dərnəyinin üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.