Vüqar Aslanov (güləşçi)

Vüqar Aslanov (20 mart 1976) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

Vüqar Aslanov
Şəxsi məlumatlar
Tam adı Vüqar Aslanov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (47 yaş)
Doğum yeri
İdman növü Güləş
Karyera illəri 1987—2004
Məşqçisi Ağalar Aslanov
Boyu 175 sm. (5 ft 6 in)

Karyerası[redaktə | mənbəni redaktə et]

Vüqar Aslanov 1993-cü ildə Avstriya gənclər arasında Avropa Çempionatında uğursuz çıxış eləsə də bir il sonra Macarıstanda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[2]

1995-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov 1998-ci ildə tələbələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[2]

1999-cu ildə Avropa Çempionatını 10-cu, Dünya Çempionatını isə 16-ci pillədə başa vuran Vüqar Aslanov 2000-ci ildə Dünya Olimpiya Təsnifat Turnirlərində uğursuz çıxış elədi və olimpiada da mübarizə apara bilmədi.[2] 2002-2004-cü illərdə də Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Vüqar Aslanov nəhayət 2004-cü ildə olimpiada da debüt elədi.[2]

Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında Vüqar Aslanov qrup mərhələsində əvvəl Yunanıstan nümayəndəsi Alexios Kolitsopoulosa (2:2), sonra isə Özbəkistan nümayəndəsi Alesandr Doxturişviliyə (0:4) məğlub oldu.[3] Vüqar Aslanov qrup mərhələsinin üçüncü görüşündə Macarıstan nümayəndəsi Tamaş Berziçza ilə üz-üzə gəlməli olsa da, görüş formal əhəmiyyətə sahib olduğuna görə Vüqar Aslanov görüşdən imtina elədi və qrup mərhələsini üç məğlubiyyətlə sonuncu pillədə başa vurdu.[3] 2004-cü ildəcə Vüqar Aslanov idmanla vidalaşdı.

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1993
Gənclərin Avropa Çempionatı Avstriya Avstriya
10.
2
1994
Gənclərin Dünya Çempionatı Macarıstan Macarıstan
1.
3
1995
Avropa Çempionatı Fransa Fransa
18.
4
Dünya Çempionatı Çexiya Çexiya
24.
5
1997
Avropa Çempionatı Finlandiya Finlandiya
6.
6
Dünya Çempionatı Polşa Polşa
12.
7
1998
Tələbələrin Dünya Çempionatı Türkiyə Türkiyə
3.
8
1999
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
16.
9
Dünya Çempionatı Yunanıstan Yunanıstan
10.
10
2000
Dünya Olimpiya Təsnifat Turniri İtaliya İtaliya
18.
11
Dünya Olimpiya Təsnifat Turniri Fransa Fransa
7.
12
2002
Dünya Çempionatı Rusiya Rusiya
12.
13
2003
Avropa Çempionatı Yuqoslaviya Yuqoslaviya
15.
14
Dünya Çempionatı Fransa Fransa
8.
15
2004
Avropa Çempionatı İsveç İsveç
14.
16.
Olimpiya Oyunları Yunanıstan Yunanıstan
17.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "Vüqar ASLANOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 International Wrestling Database. "VUGAR ASLANOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 Olympedia.org. "2004 Summer Olympics / Wrestling / Middleweight / Greco-Roman (74 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.