Vüqar Vaqif oğlu Məmmədov (6 fevral 1973; Hacıqabul, Azərbaycan – 21 dekabr 1992; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi.
Vüqar Məmmədov | |
---|---|
Vüqar Vaqif oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacıqabul rayonu |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1991-1992 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
Vətən müharibəsi • Qubadlının azad edilməsi |
Vüqar Məmmədov 1973-cü il fevralın 6-da Hacıqabul rayonunun Muğan qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Muğan qəsəbə məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə 10-cu sinifi bitirdikdən sonra Azərbaycan Dövlət dəmir yolunun 3 nömrəli Hacıqabul Elektrik Təchizatı sahəsində mexaniki sexə çilingər vəzifəsinə qəbul olunmuşdur.
Şəhid Vüqar Məmmədovun təhsil aldığı Muğan qəsəbə məktəbi onun adını daşıyır.
1991-ci ilin may ayında o həqiqi hərbi xidmətə çağırılmışdır və hərbi xidməti Bakı şəhərində olan 930 nümrəli Artilleriya alayında qulluq etmişdir. 1992-ci ildə may ayının 25-də Vüqar Məmmədov Milli Ordunun tərkibində Qarabağ torpağının müdafiəsinə göndərilmişdir . 3 ay Füzuli, 3 ay Qubadlı uğrunda döyüşlərdə iştirak etmişdir. Yaxşı xidmətinə, çalışqanlığına görə bölmə komandiri vəzifəsinə irəli çəkilmişdir. Vüqar Məmmədov 21.12.1992–ci il tarixində Qubadlı rayonunda Döndərli kəndinin müdafiəsi zamanı həlak olmuşdur.