Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar.
Qubadlının azad edilməsi | |||
---|---|---|---|
İkinci Qarabağ Müharibəsi | |||
| |||
Tarix | 25 oktyabr 2020—10 noyabr 2020 | ||
Yeri | Qubadlı rayonu, Azərbaycan | ||
Səbəbi | Qubadlı rayonunun işğaldan azad edilməsi | ||
Nəticəsi | Azərbaycan qələbəsi Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.
Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi. İşğaldan azad edilən yaşayış məntəqələri: