Vüqar Məmmədov — ATU-nun məhkəmə təbabəti kafedrasının və BDU-nun kriminalistika və məhkəmə ekspertizaları kafedrasının professoru, AR-nın və RF-nın tibb elmləri doktoru, məhkəmə-tibbi ekspert, hüquqşünas, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli məsləhətçisidir[1]
Vüqar Məmmədov | |
---|---|
24 avqust 2020 – 9 sentyabr 2020 | |
Sədr | İlyas İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1995 (29 yaş) |
Doğum yeri | |
İxtisası | Məhkəmə tibb eksperti, hüquqşünas |
1976–1986-cı illərdə Bakı şəhəri 42 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Məktəbin Komsomol komitəsinin katibi, Nəsimi rayon Komsomol təşkilatının büro üzvü olub.
1986–1992-ci illərdə ATU-nun müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib. Adlı Təqaüdçü olub. Fakültənin, Universitetin Komsomol komitəsinin üzvü olub, 1991-ci ildə Azərbaycan Respublikasının Komsomol təşkilatının Mərkəzi Komitəsinin büro üzvü seçilib.
1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında kliniki ordinatura təhsili aldı. 1994–1997-ci illərdə Azərbaycan Tibb Universitetində Məhkəmə təbabəti və hüququn əsasları kafedrasında aspirantura təhsili almışdır, 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1995-ci ildə Böyük Britaniyanın Dundee University məhkəmə təbabəti kafedrasında ixtisasartırma keçmişdir.
1997–2000-ci illərdə Dağıstan Dövlət Universitetinin Dövlət və Bələdiyyə İdarə Etmə Hüququ fakültəsində təhsil alıb.
1997–1998-ci ildə Azərbaycan Hökuməti ilə BMT proqramlarının narkotiklərə nəzarət proqramalarında çalışmış, Azərbaycan Hökumətinin təqdimatı ilə Böyük Britaniyanın Glasgow University məhkəmə təbabəti və məhkəmə toksikologiyası kafedrasında, UNDCP-nin Əməkdaşlıq mərkəzində Bioloji materiallarda narkotiklərin analizi üzrə ixtisasartırma və treyninqlər keçmişdir.
1999–2004-cü illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb.
2001-ci ildə ABŞ Dövlət Departamentinin RSEP programının qalibi olaraq, ABŞ-nın American University, Washington, DC, Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində kriminal ədliyyə kursu keçib, doktorluq dissertasiyasını işləyib.
2004-cü ildə Rusiya Federasiyasının Səhiyyə və Sosial Təminat Naziliyinin Ümum-Rusiya Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində doktorluq dissertasiyasını müdafiə edib tibb elmləri doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında AAK tərəfindən Məhkəmə təbabəti kafedrası üzrə professor elmi ada layiq görülüb. 357 elmi işin müəllifidir.
1997–2013-cü illərdə ABŞ-nın "Procter & Gamble" şirkətinin Xarici əlaqələr üzrə meneceri, Fransanın "Servye" şirkətinin ölkə meneceri, Isveçrənin "Hoffmann La Roche" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri, FarmQafur, AvroMed, Asfarma, RiadFarma şirkətlərinin baş müşaviri, "Asfarmadan Sağlık Olsun" jurnalının baş redaktoru olmuş.
2000-ci ildə BMT-nin YUNİSEF Programının, 2010–2020-ci illərdə YUNESKO-nun Bioetika Programının Azərbaycan bürosunun rəhbəri, 2020-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda milli koordinatoru və məsləhətçisidir.
2005–2010-cu illərdə İTV-də "Sağlam ol" verilişinin, İçtimai Radioda "Radioklinika" proqramının, 2011-ci ildə AzTV-də "Bioetika" verilişinin müəllifi və aparıcısı olub, 300-dən çox verilişi efirdə yayımladıb. ÜST-nin Baş Direktoru, Avropa üzrə Regional Direktoru, Türkiyə, Azərbaycan səhiyyə nazirləri ilə müsahibələri olub, Türkiyə Cümhuriyyətinin Azərbaycan Səfirliyi tərəfindən sağlık alanında büyük işbirliğinin inkişafına görə təltif olunub.
2010–2014-cü illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda Tibbi Hüquq və Bioetika şöbəsini yaradıb ona rəhbəlik edib, 2011–2013-cü illər İnstitutun elmi işlər üzrə direktor müavini olmuşdur.
2013–2016-cı illərdə Heydər Əliyev Məkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru olub. "Milan Expo 2015" Dünya Sərgisində ilk dəfə Azərbaycanın milli pavilyonu ilə təmsil olunmasında 2013–2014-cü illərdə pavilyonun tematik konsepsiyasının müəllifi, Tərtibat üzrə İşçi Qrupun rəhbəri, 2015-ci ildən Baş komissarın muavini təyin edilmişdir. 146 iştirakçı ölkə arasında Azərbaycan pavilyonu tarixdə ilk iştirakla Dünya Sərgisinin 2 Qran-Prisini qazanmışdır. Pavilyonun 6 ay ərzində 23 milyon insanın ziyarət etməsi bu layihəni Azərbaycanın xaricdə keçirdiyi ən uğurlu təbliğat layihələrindən etmişdir. Həmçinin, Mərkəzin İDEA və FAO layihələrinin koordinatoru olub.
2016-cı ildə Dünya Tibbi Hüquq Assosiasiyasının vitse-prezidenti və xəzinədarı, 2018-ci ildə DTHA-nın Birinci vitse-prezidenti seçilmişdir. 2017-ci ildə Azərbaycanda keçirilən elm sahəsi üzrə ilk Dünya Konqresinin — 23-cü Dünya Tibbi Hüquq Konqresinin Təşkilat komitəsinin rəhbəri, Elmi Programının sədri olmuşdur.
2020-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda Reabilitasiya, Əlillik və Köməkçi Texnologiyalar üzrə milli koordinatorn və milli məsləhətçisidir.
1990-cı ildə Kommunist Partiyasının üzvü olmuşdur.
2010–2020-ci illərdə Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi II seçki dairəsindən deputatlığa müstəqil (bitərəf) namizəd olmuşdur.
2020-ci ilin avqust ayının 24-dən 2020-ci ilin sentyabr ayının 9-a dək Ədalət Partiyasının sədrinin xarici əlaqələr üzrə müavini olmuşdur. 2020-ci ilin 9 sentyabr tarixində vəzifəsinin icrasına və Ədalət Partiyasında siyasi fəaliyyətinə xitam verdi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |