Vüqar Oruc (27 oktyabr 1975, Masallı) — Türk Dövlətləri Qiymətləndimə Birlikləri Şurasının prezidenti. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri.[1]
Vüqar Oruc | |
---|---|
Vüqar Əlövsət oğlu Oruc | |
Doğum tarixi | |
Doğum yeri | Masallı |
Vətəndaşlığı | Azərbaycan |
İxtisası | iqtisadi nəzəriyyə |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Fəaliyyəti | Qiymətləndirmə |
Vüqar Oruc 27 oktyabr 1975-ci ildə Masallı şəhərində anadan olub.[2] 1982-ci ildə ilk təhsilini Masallı şəhər 1 saylı Orta məktəbdə başlayıb.[3] 1992-ci ildə təhsilini başa vuraraq,[4] Azərbaycan Dövlət İqtisad Universitetidə iqtisadi nəzəriyyə ixtisası üzrə təhsilini davam etdirib.[5] 1997-ci ildə təhsilini bitirib və ölkənin ali və orta ixtisas tədris müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub, İqtisadi nəzəriyyə fənnini tədris edib, iqtisadçı ekspert kimi də uzun müddət fəaliyyət göstərib.[6] 1992–1998-ci illərdə Türk Millətçi Gənclər Təşkilatının, 1998–2007-ci illərdə Türk Millətçi Partiyasının, 2007–2021-ci illərdə Milli Qurtuluş Partiyasının rəhbəri olub.[7] 2021-ci il 4 mart tarixində rəhbərlik etdiyi Milli Qurtuluş Partiyası hakim Yeni Azərbaycan Partiyasına birləşib. Bu qərarın yekdilliklə təsdiqləndiyi 7-ci qurultayda YAP sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz yekun çıxışında bu addıma yüksək qiymət verib. 2019-cu ildə Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi, qiymətləndirmə sahəsində uğurlu fəaliyyətinə görə Xəzər Milli Mükafatı ilə təltif olunub.[8]
Vüqar Oruc "European Certification İnstitute" və "СОО Евразии" tərəfindən təşkil edilən "Yaşayış təyinatlı obyektlərin qiymətləndirilməsi", "Maşın və avadanlıqların qiymətləndirilməsi" və "Bioloji aktivlərin qiymətləndirilməsi" sertifikasiyalarını başa vurduqdan sonra, 2011-ci ildə "Koneko Group"da mütəxəssis kimi fəaliyyətə başlayıb. 2012-ci ildə "Koneko Group"da direktor vəzifəsinə fəaliyyətini davam etdirib.[9] Direktor olduğu dövrdə isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin üzvü və Ekspertiza Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib. 2018–2022-ci illərdə isə AQC sədrinin müavini olub. 2019-cu ilin fevralında "Vecon Consulting" şirkətini təsis edib.[10] 2022-ci il may ayının 20-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat-seçki yığıncağında Vüqar Oruc AQC üzvlərinin əksəriyyətinin dəstəyini qazanıb və qurumun sədri seçilib.[11] Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ qaydada üzv olduğu Türk Dövlətləri Qiymətləndimə Birlikləri Şurası (CAATS) təşəbbüskarlarından biri, 2023–2024-cü illərdə vitse-prezidenti və prezident səlahiyyətlərinin icraçısı, 2024-cü ilin may ayından isə qurumun prezidentidir.[12] TDQB hazırda 700-dən artıq qiymətləndirmə şirkətini və minlərlə qiymətləndiricini öz ətrafında birləşdirir.[13] 2024-cü ildən Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzvüdür, həmçinin də Azərbaycan Respublikası Auditorlar Palatasının üzvülüyünə qəbul edilib.[14]