Vüqar Talıbov (17 avqust 2003; Nijnevartovsk, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu.[1]
Vüqar Talıbov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Vüqar Talıbov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Nijnevartovsk, Rusiya |
İdman növü | Cüdo |
Vüqar Talıbov 2003-cü il avqustun 11-də Nijnevartovsk şəhərində anadan olub. 2011-ci ildən idmanla məşğul olur. Məşqçisi Aslan Hacıyevdir.
Vüqar Talıbov 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Vüqar Talıbov 1/8 final mərhələsində Yəmən cüdoçusu Əhəd Al-Saqer ilə üz-üzə gəldi.[2] Həmin görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[2] Bu mərhələdə onun rəqibi Tacikistan cüdoçusu Cəmşid Süleymani oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə qalib gəldi və yarım-final mərhələsinə adladı.[2] Bu mərhələdə Vüqar Talıbov Dominikan Respublikası cüdoçusu Antonio Tornala da qalib gəldi və final mərhələsinə adladı.[2] Həlledici görüşdə onun rəqibi Rusiya cüdoçusu Abreh Naquçev oldu.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vüqar Talıbov rəqibinə ipponla qalib gəldi və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi oldu.[2] Vüqar Talıbov həmdə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medala sahib olan birinci Azərbaycan cüdoçusu oldu.