Vüqar Yarməmmədov

Vüqar Məmməd oğlu Yarməmmədov (d. 11.11.1960 — ö. 26.03.1992) — Birinci Qarabağ müharibəsinin şəhidi

Vüqar Yarməmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (31 yaşında)
Dəfn yeri Kürdəmir rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Döyüşlər Qarabağ müharibəsi

Vüqar Məmməd oğlu Yarməmmədov 11 noyabr 1960-cı ildə Kürdəmir rayonunda müəllim ailəsində dünyaya gəlib. Vüqar altı uşaqlı ailənin 6ci övladı olub. 1967–1977-ci illərdə Kürdəmir rayon 1 saylı orta məktəbində təhsil alıb. Elə həmin il indiki Kooperasiya (əvvəlki Sənaye) texnikumuna daxil olub. Hərbi xidməti Rusiyanın Udmurtiya vilayətində bitirdikdən sonra təhsilini davam etdirib. Təhsilini tamamladıqdan sonra ailə qurub və bu izdivacdan iki qız, bir oğul övladı dünyaya gəlib. 1983-cü ildə ailəsi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köçüb. Orda əvvəlcə komendant, sonra isə polis vəzifəsində çalışıb.

Qarabağ müharibəsi başlayandan sonra Vüqar Sankt-Peterburqda qərar tuta bilmir və ailəsini də götürərək Azərbaycana qayıdır. Könüllü olaraq Şuşaya yollanan V. Yarməmmədov özünümüdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşlərə atılır. Qısa müddətdə o, əsgər yoldaşları və komandirlərinin fəxrinə çevrilir.

1992-ci il martın 26-da Şuşikənd istiqamətində gedən döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələn Vüqar şəhidlik zirvəsinə ucalır. O, martın 29-da Kürdəmir rayonunda dəfn olunur.

Hazırda böyüyüb boya-başa çatdığı küçə Vüqar Yarməmmədovun adını daşıyır. Vüqar Kürdəmirin ilk şəhididir.