Vüqar Zifəroğlu

Vüqar Əliyev (tam adı: Vüqar Zifər oğlu Əliyev; 12 oktyabr 1978, Bakı) — Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü.[1]

Vüqar Zifəroğlu
Doğum tarixi 12 oktyabr 1978(1978-10-12) (46 yaş)
Doğum yeri
İxtisası Beynəlxalq Jurnalistika
Təhsili Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisası
Fəaliyyəti Jurnalist, dekan, araşdırmacı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2020

Vüqar Əliyev 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 № orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib. 1997-ci ildən mediada analitik və araşdırma məqalələri yayımlanır.

Dövri mətbuatda analitik və informativ janrlarda yazılmış 100-dən artıq məqalənin müəllifidir. Yaxın Şərq üzrə analitikyazıları Azərbaycanın bir çox aparıcı informasiya portalları və media orqanlarında mütəmadi şəkildə yayımlanır. Eyni zamanda müxtəlif televiziya kanallarına ekspert olaraq dəvət olunur. (Az TVAPA TVARBLider və s.)

2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışırır. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışmır. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanıdır.

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun[2] təsisçisi, İdarə heyətinin sədridir.

2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik dissertasiyası, 2017-ci ildə junalistika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.

2010-cu ilin fevral ayının 4–6-da Rumıniyanın Buxarest şəhərində YUNİSEF-in xətti ilə keçirilmiş "Uşaq hüquqları və jurnalistika" praktik seminarının iştirakçısıdır. 2010-cu il dekabrın 2–5-də Lefkedə (K. K. T. C.) Beynəlxalq Avroasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkil etdikləri "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransında iştirak etmiş, "Ortaq Türk İnformasiya məkanının formalaşdırılması" mövzusunda çıxış etmişdir. Konfransda iştirak və çıxışıma görə Lefke Avropa Universitetinin rektoru tərəfindən təşəkkür bəlgəsi almışdır.

2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyinin keçirdiyi Gənc jurnalistlərin III Ümumrespublika müsabiqəsində "Elm və təhsil" nominasiyası üzrə "Qərbi Avropa dillərində türkizmlər" məqaləsinə görə I yerə layiq görülmüş, bununla əlaqədar fəxri fərmanla mükafatlandırılmışdır. 2005-ci ildə Azərbaycan Milli Mətbuatının 130 illiyi münasibətilə BDU Rektoru tərəfindən təşəkkür almışdır. 2011-ci ildə BDU rektoru tərəfindən "KİV-də BDU haqqında obyektiv, dolğun və davamlı məlumatların yayımlanmasına görə", 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən mükafatlandırmada "ictimai fəaliyyəti"mə görə fəxri fərmanla təltif olunmuşdur.[3]

Dörd kitabın ("Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə" (Bakı, 2003); "Xəsryəhudi-xəzər yazışması" (Bakı, 2009); "Sirr" (Bakı, 2013), "Azərbaycan hökmdarları: Səfəvilər" (Bakı, 2016)) və iki monoqrafiyanın ("Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" (Bakı, 2006); "Media imperiyası" (Bakı, 2012)) müəllifi, unudulmaz müəllim və ustal jurnalist Nəsir İmanquiyevin 100 illik yubileyinə həsr edilmiş Biblioqrafiyasının həmtərtibçisidir. İxtisasla bağlı 36 elmi məqalənin, 3 metodiki göctəricinin və dörd tədris proqramının müəllifidir.

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]
  • Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar
  • Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası
  • İnformasiya təhlükəsizliyi müasir dövrün əsas problemi kimi
  • Azərbaycan və KİV-ə qarşı informasiya müharibəsi
  1. "MEDİA-nın Müşahidə Şurası təsdiqləndi". 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  2. Vüqar Zifəroğlu: "Azərbaycanın Türkiyənin yanında olması bütün dünyaya mesaj idi" Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine. lent.az, 15.03.2016  (az.)
  3. "Vüqar Əliyev". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]