Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi.
Vüsalə Əlizadə | |
---|---|
Doğum tarixi | 12 iyul 1984 (40 yaş) |
Doğum yeri | |
Uşağı | Dilək |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 2002-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var.
Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib.
Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb.
Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb.
2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub.
Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır.
Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı. Oktyabrın 17-si səsverməyə çıxan Vüsalə Əlizadə, gərgin gecənin sonunda, səslərin 56.44 faizini topladı və maşın uğrunda mübarizəni davam etdirdi. O, həmin gün şoudan, Vüqar Əbdulovu uzaqlaşdırdı. Şounun növbəti günlərində də, uğurla çıxış edən Vüsalə Əlizadə, nəticə finala adladı.
Maşın uğrunda həlledici mübarizədə o, müğənnilər Talıb Tale və Xatun Əliyeva ilə yarışdı. Amma, Vüsalə Əlizadə, oktyabrın 23-də səhhəti ilə bağlı yaranan problemlərə görə əlini maşından çəkdi və maşın uğrunda mübarizəni dayandırdı.
Vüsalə Əlizadə, 2013-cü ilə qədər teleaparıcı Azər İsmayılov ilə ailəli olub. Vüsalə Əlizadənin, 10 fevral 2012-ci il təvəllüdlü Dilək adında bir qız övladı var.