Vüsalə Dadaşova

Vüsalə Dadaşova (Vüsalə Valeh qızı Dadaşova; ) — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasının müəllimi.

Vüsalə Dadaşova
Vüsalə Valeh qızı Dadaşova
Doğum tarixi (52 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1970-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olmuşdur.
  • 1987-ci ildə Bakı şəhəri 159 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. [1]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Evlidir. 2 övladı var.

Təhsili, elmi dərəcəsi və adları[redaktə | mənbəni redaktə et]

  • 1992-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2008-ci ildə «GaSxSe1-x bərk məhlul kristallarının elektrik və fotoelektrik xassələri və onlar əsasında funksional elementlər» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.07-Bərk cisim fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1992-1997, Bakı şəhəri 286 saylı orta ümumtəhsil məktəbində müəllim.
  • 1997-2006, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında baş laborant.
  • 2006-cı ildən Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında müəllim.
  • Apardığı dərslər: Ümumi fizika.
  • 12 elmi məqalənin müəllifidir.[1]

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı[redaktə | mənbəni redaktə et]

  • 2005 - Международная конференция «Физика-2005», Баку
  • 2005 - Geleneksel Erzurum Fizik Gunleri-II, Bildiri Ozetleri, Ataturk Universitesi, Turkiye.
  • 2006 - IV Республиканская конференция «Актуальные проблемы физики», Баку
  • 2006 - ХIХ Международная Научно-техническая конференция по фотоэлектронике и прибо-рам ночного видения. Москва
  • 2006 - TPE-06 3 rd International Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkey[1]

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

  • Kazımzadə A.H., Dadaşova V.V. InSe-GaSxSe1-x heterokeçidləri əsasında koordinata-həssas bipolyar elementlər, AMEA-nın xəbərləri, 2005, 25, № 2, s.83-87.
  • Kazımzadə A.H., Salmanov V.M., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul monokristalları əsasında elektroluminessensiyalı çeviricilər (rus dilində), Prikladnaya fizika, 2007, № 4, s.119-121.
  • Kazımzadə A.H., Salmanov V.M., Moxtari A.Q., Dadaşova V.V., Ağayeva A.A. GaSxSe1-x bərk məhlul monokristallarında elektroluminessensiya və fototriqqer effekti (rus dilində). Fizika i Texnika Poluprovodnikov, 2008, 42, N.5, s.532-535.
  • Kazımzadə A.H., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul kristallarında qadağan olunmuş zolağın eninin nüvələrin yükləri cəmi ilə əlaqəsi haqqında // Bakı Universitetinin xəbərləri, fiz.-riy. elm. ser., 2008, №-2, с.116-119.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]