Vüsalə Kərimova

Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı.

Vüsalə Kərimova
Şəxsi məlumatlar
Tam adı Vüsalə Akif qızı Kərimova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Əlil arabasında rəqs
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub. Vüsalə travma almış insandır. O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi. Əlil olandan sonra 2-ci həyatına başlamışdır. Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir. İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər.

"Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi. İlk nailiyyətimiz elə Minskdə oldu, bürünc mükafat aldıq".

Bu idmanla 2012-ci ildən məşğul olur və kifayət qədər yüksək nəticələr əldə edib. 2013-cü ildə tərəfdaşı Tamerlan Qədirovla Sankt-Peterburqda "Qitələr Kuboku"-nda və 2015-ci ildə Tayvanda keçirilən açıq çempionatda 3-cü yerə layiq görülüb. Daha bir "Qitələr kuboku" yarışında isə birinci olaraq, kuboku Azərbaycana gətiriblər.

Vüsalə həm də iş qadınıdır. O, "ASAN Xidmət" mərkəzində çalışır. Deyir, ilk dəfə işə başlayanda münasibətin birmənalı olmayacağından narahat olub. Amma indi vətəndaşlara xidmət etmək onun üçün böyük xoşbəxtlikdir:

"2013-cü ildən "ASAN Xidmət" mərkəzində çalışıram. Bilmirdim, belə bir dövlət qurumunda mənə qarşı münasibət necə olar. Ancaq mən ilk gündən özümə qarşı olan isti münasibəti gördüm və bu mənim üçün çox sevindirici bir hal idi. Bütün kollektivdən, əməkdaşlardan müsbət enerji aldım. Onlar məni özləri kimi görürlər, mən də özümü onlardan biri kimi görürəm. Yəni heç bir fərq yoxdur burada, vətəndaşlara xidmət mənə zövq verir".

Sonradan əlillik qazanmış insanlar əlillikdən sonrakı həyatı ikinci həyat adlandırırlar. Vüsalə Kərimova da bu həyatdakı maneələri aşarkən yalnız olmayıb.

"Bu baryer aşmaqda insana ən çox ailəsindən dəstək gəlməlidir. Mən bir insnaın da adını çəkmək istəyirəm. Paralimpiya komitəsində çalışan Kamal Məmmədovdan mən çox müsbət enerji aldım. O insanın həyata baxışı mənə müsbət emosiyalar ötürdü. Mən bunları kiməsə özümü sübut emək üçün deyil, sadəcə həyatı davam etdirirəm, heç nəyi fikir etmədən".

Bir çoxları üçün nümunə ola biləcək biridir Vüsalə Kərimova. Uşaq yaşlarında yerimə qabiliyyətini itirsə də, bir çox fiziki məhdudiyyətli insandan fərqli olaraq, o, həyata bərk-bərk tutuna bilib. Özünə inamı və əzmi sayəsində.

"Fiziki məhdudiyyətli insanlara səslənmək istəyirəm ki, həyat davam edir. Necə əvvəl yaşayırdıq, indi də elə davam edək. Heyifslənməyə dyəməz. İdmanla məşğul olsunlar. Təhsillərini davam etdirsinlər. Haradasa çalışıa bilərlər və dövlətə, ailələrinə töhfələrini verə bilərlər". Vüsalə Kərimovun ən böyük arzusu təyarədən paraşutlə atlamaqdır. Onun arzusu qəbul oldu o Moskva səmalarında təyarədən paraşütlə atladı.

Sıra İl Yarış Şəhər Cüt Yer
1
2012 Belarus Açıq Çempionatı Belarus Minsk Kamal Məmmədov
3.
2
2012 Qitələr Kuboku Rusiya Sankt-Peterburq Kamal Məmmədov
3.
3
2014 Avropa Çempionatı Polşa Lomianki Tamerlan Qədirov
9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]