Vüsal Miriyev

Vüsal Miriyev — II dərəcəli kapitan, "Dağıstan" raket gəmisinin komandiri.

Vüsal Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub.

V. Miriyev evlidir, 3 övladı var.


1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002–2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005–2010-cu illərdə isə raket qayığının komandiri olub.

2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər.

2015-ci il oktyabrın 7-də Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisi Xəzər dənizindən Suriyadakı hədəflərə raket atıb.[1]

  1. "Suriyaya raket atan rus gəmilərinə azərbaycanlı komandir başçılıq edib". 2015-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.