Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Vəfa Kilsəsi Məscidi — İstanbulun Vəfa səmtində kilsədən məscidə çevrilmiş dini binadır.[1] Kilsə olanda adı Müqəddəs Teodoros Kilsəsi idi. Çox güman ki, Müqəddəs Teodora həsr olunmuşdu. Kompleks Komnen və Paleologan dövrlərinə aid Bizans memarlığının nümunəsidir. Vəfa Kilsəsi Məscidi Şərqi pravoslav kilsəsi formasındadır və yunan xaç planına uyğun tikilmişdir. İstanbulun fəthindən sonra məscid kimi istifadə edilmişdir. Bina İstanbulun Fatih səmtinin Vəfa səmtində yerləşir. Digər böyük Bizans quruluşu olan Vəfadakı Kalenderhane məscidindən bir kilometrdən az məsafədədir. Süleymaniyyə məscidindən bir neçə yüz metr cənubdadır.[2]
islam | |
Vəfa Kilsəsi Məscidi | |
---|---|
Ölkə | |
Üslubu | Bizans memarlığı |
Materialı | kərpic, daş[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulun üçüncü təpəsinin silsiləsində yerləşən binanın ilkin vəziyyəti haqqında qəti məlumat yoxdur. Hörgü işlərinə əsasən kilsənin 11-ci əsrin sonu və 12-ci əsrin əvvəllərində I Aleksios dövründə tikildiyi anlaşılır. Onun Müqəddəs Teodora həsr edilib-edilməməsi dəqiq deyil. Dördüncü Səlib yürüşündən sonra Konstantinopol Latın nəzarəti altında olarkən bina Roma Katolik kilsəsi kimi istifadə edilib.[3] Osmanlı imperiyasının İstanbulu fəth etməsindən qısa müddət sonra kilsə Fatih Mehmedin müəllimi alim Molla Qurani tərəfindən məscidə çevrildi.[4] Molla Qurani tezliklə İstanbulun ilk müftisi olacaqdı. Məscid sonralar onun adını daşıyır. 1883-cü ildə baş verən yanğında ağacların hissələri yandı və məscid dağıdıldı. Binanın şimal və cənub fasadlarında yan dəhlizlər 1833-cü il yanğınında dağıdılıb. Bina 1937-ci ildə qismən bərpa olundu. Onun mozaikaları yenidən kəşf edildi və təmizləndi.[5][6]