Vəfadar Eminov

Vəfadar Eminov (tam adı: Vəfadar Osman oğlu Eminov; 1 may 1966, Kirəç Muğanlı, Marneuli rayonu, Gürcüstan SSR, SSRİ23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Vəfadar Eminov
Vəfadar Osman oğlu Eminov
Doğum tarixi 1 may 1966(1966-05-01)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1990(1990-01-23) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Osman
Anası Tamara
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

1966-cı il mayın 1-də Borçalı mahalının Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1983-cü ildə doğulduğu Kirəc-Muğanlı kəndində məktəbi bitirmiş,[2] 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur.[3] Universitetdə axşam şöbəsində oxuyur, 1 nömrəli tikiş fabrikində isə fəhlə işləyirdi.[4]

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

Yanvarın 23-də təxminən gündüz saat bir radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralı dostuna baş çəkib[5] və yaralılara vurulmaq üçün qan vermişdir[4]. Xəstəxanadan çıxıb "Olimp" mağazasına tərəf piyada düşərkən güllələnmişdir. Şahidlərin sözlərinə görə, onlar Vəfadara güllələnəcəyi yerdən keçməməyi desələr də, Vəfadar həmin yerdən keçməyə çalışmışdır.[3]

Vəfadarın sön sözü müxtəlif mənbələrdə müxtəlif cür qeyd edilsə də ("Yaşamaq istəyirəm, sağalacağammı?"[4], "Ölmək istəmirəm."[3], "Ölürəm, qoymayın."[5]), son sözü ilə ölmək istəmədiyini bildirmişdir. Lakin atılan güllə qaraciyərə dəymiş[3], nəticədə Vəfadar 4 litr qan itirmiş, 3 litr qan vurulsa da, aldığı xəsarətdən vəfat etmişdir.[5]

Həlak olandan sonra cibindən çıxan sənədlər bunlardır: tələbə bileti, qiymət kitabçası, cib dəsmalı, pencəyinin düyməsi, "Qarabağ" siqareti (maraqlıdır ki, o, siqaret çəkməyib), "Azadlıq" qəzetinin ikinci nömrəsi və 30 qəpik pul. Bunlardan ancaq "Azadlıq" qəzeti qana bulanmışdır.[4]

Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Haqqında 1997-ci ildə Sədaqət Davud qızı tərəfindən "Ömrə bağışlanan ömür" kitabı çap edilmişdir. Həmçinin, güllələndiyi yerə sonradan bulaq çəkilmişdir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Borçalıdan 20 Yanvar faciəsində şəhid olanların ailələrinə baş çəkmişlər". Archived from the original on 2022-11-05. İstifadə tarixi: 2022-11-05.
  3. 1 2 3 4 5 "Sağalmayan 30 illik yara – Gürcüstandan olan 20 Yanvar şəhidinin ailəsindən – REPORTAJ". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-05.
  4. 1 2 3 4 "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  5. 1 2 3 "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.