Vəfadar Əziz oğlu Rzayev (d. 20 sentyabr 1933, Xızı, Azərbaycan SSR, - ö. 21 avqust 2015, Bakı, Azərbaycan) — Azərbaycanın görkəmli maliyyə işçisi və əməkdar iqtisadçısı
Vəfadar Rzayev | |
---|---|
Vəfadar Əziz oğlu Rzayev | |
1971 – 1987 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xızı rayonu |
Vəfat tarixi | (82 yaşında) |
Atası | Əziz Rzayev |
|
|
Təltifləri | Azərbaycan Respublikasının Əməkdar İqtisadçısı |
Vəfadar Əziz oğlu Rzayev 1933-cü ilin 20 mart tarixində Xızı rayonunda anadan olub.
Azərbaycanın maliyyə-bank sistemində 50 ildən çox çalışıb.
1952-ci ildə 19 yaşında maliyyə sahəsində baş büdcə inspektoru vəzifəsində öz fəaliyyətinə başlayıb.
1957-1959-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin büdcə idarəsinin inspektoru olub.
1959-1971-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin planlaşması və maliyyələşməsı idarəsinin rəisi - kollegiya üzvü vəzifəsində çalışıb.
1971-1987-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində birinci müavin vəzifəsində çalışıb.
1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Aqrar-Sənaye Bank”-nın baş idarəsini və 65 rayon üzrə şöbələrini yaratmış və 1992-ci ilin oktyabr ayına qədər həmin bankın idarə heyətinin sədri olub.
Qeyd edək ki, mühüm dövlət işi ilə yanaşı maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması işindədə onun böyük əməyi olub.
V.Rzayev 15 il Azərbaycan Dövlət İqtisad Univerisitetində maliyyə və dövlət budcəsi fənnləri uzrə baş muəllim və dövlət buraxılış imtahan komissiyasının sədri olub.
Azərbaycanın maliyyə-bank sahəsində müstəsna xidmətlərinə görə V.Rzayev bir çox dövlət ordeni və medallara, fəxri fərman, əməkdar iqtisadçı, əmək veteranı, SSRI əla maliyyəçisi nişanına layiq görülmüş 3-cü çağırış Bakı şəhər sovetinin deputatı olub.
Onu da əlavə edək ki, V.Rzayev 2015-ci il 21 avqust tarixində son illər ərzində çəkdiyi xəstəlikdən 82 yaşında vəfat etdi.