Vəhşi Qərb (ing. Wild West) və ya Köhnə Qərb (Old West) — Şimali Amerikada Amerika ekspansiyasının irəli dalğası ilə əlaqədər coğrafiyanı, tarixi, folkloru və mədəniyyəti əhatə edən konsepsiya. Bu, XVII əsrin əvvəllərində Avropanın müstəmləkə məskənləri ilə başlamış və son bir neçə bitişik Qərb ərazilərinin dövlət kimi qəbul edilməsi ilə sona çatmışdır. Bu kütləvi miqrasiya və məskunlaşma dövrü Luiziana satınalmasından sonra prezident Tomas Cefferson tərəfindən xüsusilə təşviq edilmişdir. Vəhşi Qərbin əfsanələri, tarixi hadisələri və folkloru ABŞ mədəniyyətinə o qədər daxil olmuşdur ki, bu konsepsiya və xüsusilə Vestern media janrı ABŞ-nin milli kimliyinin müəyyənedici xüsusiyyətlərindən birinə çevrilmişdir.