Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (ing. Convention on the Conservation of European Wildlife and Natural Habitats), və ya Bern Konvensiyası (The Bern Convention) — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir.
Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir.
İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb.
Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.
Proqram həmçinin nəsli kəsilməkdə olan növlərin statusuna nəzarət edir və qanunvericilik və elmi yardım göstərir.