Vəliəhd (islam)

Photo of both sides of a silver coin with Arabic inscriptions
817-ci ildə İsfahanda zərb edilən gümüş dirhəm. Burada Məmun xəlifəƏli Rzanın vəlidəhd olaraq göstərilmişdir.

Vəliəhd (ərəb. ولي العهد‎, Vəli əl-Əhd) — hökmdarın təyin olunmuş varisi üçün ərəbislam dövlətlərində termin. Ümumi anlayış üçün vəliəhd məqaləsinə baxa bilərsiniz.

Bu titul erkən xilafətlərdə ortaya çıxmış və istifadəsi ən azı təq. 715-ci ilə qədər gedib çıxır.[1] Titulun özü birmənalı deyil, çünki "vəli" termini həm "sahib", həm də "varis" mənasını verə bilər. Həmçinin, "vəsiyyət" mənasında olan "əhd" sözünün dəqiq əhatə dairəsi qeyri-müəyyəndir. Bu, Allahın əhdi və ya bütövlükdə bəşəriyyət, əvvəlki xəlifənin və ya müsəlman cəmiyyətinin əhdi kimi şərh edilə bilər.[1] Əməvi xəlifələri (661–750) daha mütləqiyyətçi şərhə üstünlük verirdilər və bu təfsir vasitəsilə onlar Məhəmmədin varisləri mövqeyinə görə birbaşa Allahdan gələn bir mandat iddia edirdilər. 740-cı illərə qədər "vəli əhd əl-müslimin" (ولي عهد المسلمين; hərf.müsəlmanların əhdinin varisi), hətta "vəli əhd əl-müslimin vəl müslimat" (ولي عهد المسلمين والمسلمات; hərf.müsəlman kişilərin və müsəlman qadınların əhdinin varisi) variantı istifadə olunur. Bu, ya müsəlman ümmətinin vərəsə beyət etməsi, ya da varisin müsəlman ümməti ilə əhdin davamçısı olması mənasındadır.[1] Bu termin ilk Abbasi xəlifələri (750–1258) dövründə xəlifə varisinin adi adı kimi təsbit edilmişdir.[2]

  • Ayalon, A. (2002). "Walī al-ʿAhd". In Bearman, P. J.; Bianquis, Th.; Bosworth, C. E.; van Donzel, E. & Heinrichs, W. P. (eds.). Encyclopaedia of Islam. Volume XI: W–Z (2nd ed.). Leiden: E. J. Brill. pp. 125–126. ISBN 978-90-04-12756-2.
  • Marsham, Andrew. Rituals of Islamic Monarchy: Accession and Succession in the First Muslim Empire. Edinburgh: Edinburgh University Press. 2009. ISBN 978-0-7486-2512-3.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Halm, Heinz. Die Kalifen von Kairo: Die Fāṭimiden in Ägypten, 973–1074 [The Caliphs of Cairo: The Fatimids in Egypt, 973–1074] (alman). Munich: C. H. Beck. 2003. ISBN 3-406-48654-1.