Vəli Əsmətov(azərb. Vəli Yadulla oğlu Əsmətov; 2 iyun 1963, Çay Üzü, Yardımlı rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1995), tibb elmləri doktoru (2006), professor (2009), farmakologiya kafedrasıın professoru (2009), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (1992).[1]
Vəli Əsmətov |
---|
Vəli Yadulla oğlu Əsmətov |
Doğum tarixi |
2 iyun 1963(1963-06-02) (61 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
Azərbaycanlı |
Elm sahəsi |
farmakologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yeri |
|
Təhsili |
|
Vəli Yadulla oğlu Əsmətov 2 iyun 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-ci ildə Çayüzü kənd orta məktəbinin birinci sinfinə getmiş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I-müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Elə həmin ildə də öz istəyi ilə hərbi xidmətə getmişdir. 1981–1984-cü illərdə keçmiş Sovetlər Birliyinin nəzarətində olan Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan Avropa Dövlətlərinin ərazisində kəşfiyyatçı kimi hərbi xidmətdə olmuşdur.
1984–1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə profilaktika fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Ali təhsil aldığı illərdə yüksək intellekti ilə fərqləndiyinə görə, V kursda oxuyan zaman Respublikada keçirilən terapiya olimpiadasının qalibi olub və bu uğur onun Semferepol şəhərində keçirilən Ümumittifaq terapiya olimpiadasına göndərilməsi ilə nəticələnib. Ümumittifaq olimpiadanın qalibi olması onun gələcək koryerası üçün bünövrə olub. Onu olimpiadadan sonra qəbul edən rektor, onun universitetin farmakologiya kafedrasında qalmasını təklif etmiş və bu təklif Vəli Əsmətov tərəfindən qəbul olunmuşdur.
Evlidir, 3 övladı var.
O, 1990-cı ildə də Böyük Elmi Şuranın qərarı ilə təhsil aldığı ali məktəbin "Farmakologiya" kafedrasında baş laborant vəzifəsinə təyin olunduqdan sonra, 1991-ci ildə Farmakologiya ixtisası üzrə əyanı aspiranturaya daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Aspiranturada oxuduğu illərdə Rusiya Federasiyası Bioloji Aktiv Maddələrin Təhlükəsizliyi Elmi-Tədqiqat Mərkəzinin Ürək-Damar sistemi laboratoriyasında Mərkəzin Elmi işlər üzrə direktor müavini akademik Qatsura Vladimir Vasilyeviç və professor Zəkiyyə Cəbrayıl qızı İsmayılovanın rəhbərliyi altında "Kəskin koronar qan dövranı pozğunluğu zamanı antihistamin dərman maddələrinin kardioprotektor təsiri" mövzusunda namizədlik dissertasiyasının üzərində işləmiş və 1994-cü ildə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1995-ci ildə Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının V. V. Zakusov adına Elmi-Tədqiqat Farmakologiya İnstitutuna ezam olunan Vəli Əsmətov elə həmin ildən həmin İnstitutun doktorantı olub.
1995–2005-ci illərdə üzərində işlədiyi "Uzunmüddətli neyrolepterapiya zamanı əmələ gələn əlavə effektlərin farmakoloji korreksiyası" mövzusunda doktorluq dissertasiyasını akademik Kiril Serqeyeviç Rayevski və professor Musa Mehdi oğlu Qəniyevin elmi məsləhətçiliyi ilə tamamlayaraq müdafiə etmiş və tibb üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür.
2002-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzinin keçirdiyi sorğunun nəticəsi olaraq XXI əsrin gənc alimləri nominasiyasının qalibi olmuşdur.
Vəli Əsmətov 1990–2024-cü illərdə Azərbaycan Tibb Universitetinin 1; Somatologiya Fakültəsinin tələbələri üçün Farmakologiya dərsliyi, 2; Tibb Univertsitetinin bütün tələbələri üçün Farmakologiya Təcrübə-məşğələ dərslərinə rəhbərlik dərsliyi, 12 dərs vəsaiti, 5 tədris metodik vəsait, 4 elmi publisistik kitab yazmış, 210-dan artıq elmi məqalələri müxtəlif müxtəlif yerli və beynəlxalq nifuzlu jurnallar və beynəlxalq konfransların materiallarında nəşr edilmişdir.
- 1991–1994-cü illərdə antihistamin dərman maddələrindən dimedrol, diprazin və suprastinin kəskin koronar qan dövranı pozğunluğu zamanı miokardın yığılma qüvvəsini artırmasının, sistolik həcmin artmasının, eyni zamanda ürəkdə limfa axınına göstərdiyi stimullaşdırıcı təsirinin olmasını sübuta yetirib.
- 1995–2005-ci illərdə ilk dəfə olaraq həm tipik, həm də atipik neyroleptiklərin əmələ gətirdiyi əlavə effektlərin (ekstrapiramid pozğunluqlar) kalsium kanalı blokatorları, nootrop dərman maddələri və antioksidant təsirli dərman maddələri ilə korreksiya olunmasına çalışaraq buna qismən nail olub.[2]
- 1990–1991-ci illərdə Böyük Elmi Şuranın qərarı ilə farmakologiya kafedrasına baş laborant təyin olunmuş;
- 1994–1999-cu illərdə farmakologiya kafedrasının assistenti;
- 1999–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının baş müəllimi;
- 2002–2009-cu illərdə Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti;
- 2009-cu ildən isə Azərbaycan Tibb Universitetində kafedranın professoru;
- 2000–2012-ci illər ərzində farmakologiya kafedrasında kafedra müdirinin elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır.
- 2012–2019-cu illlərdə Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının tədris hissə müdiri olmuşdur.[3]
- Respublika farmakoloqlar, patofizioloqlar, fizioloqlar cəmiyyətinin və Tibb üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür.
- Hal-hazırda Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının professoru vəzifəsində çalışır
- Farmakologiya, Dərslik, Stomatologiya fakültəsinin tələbələri üçün, 1-ci nəşr Bakı, Təbib nəşriyyatı, 2015, 573 səh. 30,87 ç.v.
- 2023-cü il. Farmakologiya Təcrübə-məşğələ dərslərinə rəhbərlik, Tibb Univertsitetinin bütün tələbələri üçün nəzərdə tutulub. 1-ci nəşr, Bakı "NSV NƏŞR" 2023, 371 səhifə.
- Farmakologiyadan tədris proqramı, Bakı, ATU-nun nəşriyyatı, 2006, 47səh. (müəl. koll.)
- Farmakologiyadan test tapşırıqları, Bakı, Təbib nəşriyyatı, 2011. 197 səh. 12,37 ç.v.
- Ümumi farmakologiya, Bakı, Təbib nəşriyyatı, 2011. 127 s. 8 ç.v.
- Hormon sisteminə təsir göstərən maddələrin farmakologiyası, Bakı, Təbib nəşriyyatı, 2015, 218 səh.
- Qan sisteminə təsir göstərən dərman maddələrinin farmakologiyası, Bakı, Təbib nəşriyyatı, 2015, 203 səh.
- Farmakologiyadan tədris proqramı Bakı, Təbib nəşriyyatı, 2017, 47səh. (müəl. koll.)
- Kardiofarmakologiya Bakı Təbib nəşriyatı 2020, 303səh. (müəl. koll.)
- Farmakologiyadan Müalicə profilaktika fakültəsinin tələbələri üçün tədris proqramı. 55 səh. Bakı 2023-cü il.
- Farmakologiyadan Hərbi Tibb fakültəsinin tələbələri üçün tədris proqramı. 50 səh. Bakı 2023-cü il.
- Farmakologiyadan Stomatologiya fakültəsinin tələbələri üçün tədris proqramı. 60 səh. Bakı 2023-cü il.
- Farmakologiyadan İctimai səhiyyə fakültəsinin tələbələri üçün tədris proqramı. 55 səh. Bakı 2023-cü il.
- Tənəffüs orqanlarının funksiyasına təsir göstərən dərman maddələrinin farmakologiyası, Bakı "NSV NƏŞR", 2023-cü il, 223 səhifə
.
- Kardiotonik dərman maddələri, 1997-ci il, 45səh. (həmmüəl. M. Qəniyev, X. Mirzəyev),
- Histaminergik sistemə təsir göstərən dərman maddələri, 1999-cu il, 35 səh.
- Şişəleyhinə dərman maddələri, (həmmüəl. A. Əliyev, M. Qəniyev) 2001-ci il,30 səh.
- Afferent innervasiyaya təsir göstərən dərman vasitələrinin farmokologiyası, 2003-cü il, 75səh.
- Sidikqovucu dərman maddələrinin farmakologiyası 2018, 39 səh. (həmmüəl. M. Qəniyev, E. Şadlinski, S. Quliyeva)
- Xalq təbabəti inciləri, Bakı, Təbib nəşriyatı, 2005-ci il, 144səh.
- Xalq təbabəti, Bakı, Təbib nəşriyatı, 2006-cı il, 195səh.
- Məişət təbabəti, Bakı, Təbib nəşriyatı, 2008-ci il, 220səh.
- Xalq təbabəti, Bakı, Təbib nəşriyatı, 2008-ci il, 250səh.
- 210 elmi məqalə və tezisi dərc olunub.
- 1992-ci ildə Tomsk şəhərində keçirilən Ümumittifaq kardioloqların elmi konfransının;
- 1993-cü ildə Moskva şəhərində "Psixotrop preparatlara qarşı fərdi həssaslığın bioloji əsasları" mövzusunda keçirilən beynəlxalq konfransın;
- 2006-cı ildə Moskva şərərində keçirilən 4-beynəlxalq konfransın "Psixotrop preparatlara qarşı fərdi həssaslığın bioloji əsasları";
- 2007-ci ildə Moskva şəhərində keçirilən Rusiya Federasiyası Farmakoloqlarının III qurultayının məruzəçi iştirakçısı olmuşdur.
- 2009-cu ildə Tbilisi şəhərində keçirilən beynəlxalq konfransın, Tbilisi State Medical University, Collection of Scientific Works, XLIII. 2009 Tbilisi;
- 2012-ci ildə Afina şəhərində keçirilən beynəlxalq konfransın;
- 2016-cı idə Xarkov şəhərində keşirilən beynəlxalq konfransın;
- 2017-ci ildə Yekatrinburq şəhərində keçirilən beynəlxalq konfransın,
- 2019-cu ildə Lüksemburqda General question of World Science, Part 1. Collecion of scientific papers of the IX international scientific-practical conference Luxembourq;[4]
- 2019 və 2020-ci ildə ABŞ-də keçirilən beynəlxalq konfransın məruzəli iştirakçısı olmuşdur.
- 2020-ci ildə Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Təbabətin actual problemləri-2020" mövzusunda beynəlxalq elmi-praktik konqresdə məruzəçi.
- 2021-ci ildə "Modern approach of experimental and preclinical pharmacology" Materials of the International Distance Scientific and Practical Conference, 19 February, 2021, Kharkiv, məruzəçi.
- 2021-ci ildə "Medical drugs for humans. Modern issues of pharmacotherapy and prescription of medicine" Materials of the V International Scientific and Practical Conference, 11–12 March 2021 Kharkiv, məruzəçi.
- 2021-ci ildə Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Ali Əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş "Əczaçılığın müasir problemləri" mövzusunda V Beynəlxalq Elmi Konqresin məruzəçisi.
- 2021-ci ildə Neontoloji və pediatrik qidalanmaya multidissiplinar yanaşma, Beynəlxalq Onlayn Konfrans, 5–6–7 iyul 2021-ci il Bakı, məruzəçi.
- 2021-ci ildə ə.e.x. prof. Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100-illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri 2021" Beynəlxalq elmi-praktik konfransın məruzəçisi.
- 2021-ci ildə Devoted to WORLD ANATOMY DAY, Collection of reseach papers of scientific and practical conference, "current issues of biomedical sciences", Kharkiv, 2021, october məruzəçi
- 2021-ci ildə LXXIII INTERNATIONAL CORRESPONDENCE SCIENTIFIC AND PRACTICAL CONFERENCE EUROPEAN RESEARCH: INNOVATION IN SCIENCE, EDUCATION AND TECHNOLOGY, October 19–20, 2021 London, United Kingdom, məruzəçi.
- 2022-ci ildə Collection of Scientific Papers based on the results of an XVI international scientific onference General question of world science, April 15, 2022, Berlin, Germany, məruzəçi.
- 2022-ci ildə Azərbaycan Respublikasında "Şuşa İli"nə həsr olunmuş "Təbabətin aktual problemləri-2022" mövzusunda beynəlxalq elmi-praktik konfrans, 24–25 may 2022, Bakı, məruzəçi.
- 2022-ci ildə Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreablitoloqlar Elmi Cəmiyyətinin VII Beynəlxalq konqresi, Bakı 4 noyabr 2022-ci il, məruzəçi.
- 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri-2023" mövzusunda Beynəlxalq elmi praktik konqres, 3–6 may 2023, məruzəçi.
- 2023-cü ildə Akad. R. Rəhimovun 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktiki konfrans, Bakı 15 mart 2023-cü il, məruzəçi.
- 2023-cü ildə 5th İnternational Talaviv Conference on Medical Scientific, Esrael, 2023 on may 1–3. məruzəçi
- 2023-cü ildə III Международный научно-практической конференции Фармакология противовоспалительных средств, 20 декабря 2023 года, город Карачи, Пакистан.
- 2023-cü ildə II Международной научно-практической конференции Фармакология лекарственных растений и грибов, 25 декабря 2023 года, Воронежский Государственный Медицинский Университет им. Н. Н. Бурденко, məruzəçi.
- 2024-cü ildə 11th İnternational Zeuqma Conference on Scientific Research Gaziantep? Turkey ç 18–20March, 2024, məruzəçi.
- 2024-cü ildə 10th International New York Conference on evolving trends in interdisciplinary research practices held on June 1–3, 2024 /Manhattan, New York City with the paper entitled, məruzəçi.