Vəli Can

Vəli Can (d. 1580-ci ildən əvvəl - ö. 1600) — təbrizli rəssam. Osmanlı imperiyasında fəaliyyət göstərmiş və saz üslubundakı əsərləri ilə məşhurlaşmışdır.

Vəli Can
Doğum yeri
Fəaliyyəti rəssam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osmanlı tarixçisi Mustafa Əlinin bildirdiyinə görə, Vəli Can Təbrizdə dünyaya gəlmiş, 1580-ci ildə İstanbula köçmüşdür.[2] Tarixçinin bildirdiyinə görə, onun müəllimi məşhur Səfəvi rəssamı Siyavuş bəy Gürcü olmuşdur. III Muradın hakimiyyəti dövründə saz üslubu [a] özünün çiçəklənmə dövrünü yaşamaqda idi. Vəli Can III Murad üçün tərtib edilmiş albomlarla əlaqəli sonrakı 16-cı əsrin sonlarında yaşamış rəssamların ən görkəmlisidir. O, sultan üçün çalışıb və yaratdığı albom səhifələri "az-çox spekulyativ olsa da, ona aid edilir". O, ilk növbədə fiqurlu mövzularla maraqlanırdı.[4] Bir çox əsərin onun tərəfindən çəkilməsinə şübhələr var idi. Lakin incəsənət tarixçisi Valter B. Denni Topqapı muzeyindəki bəzi əsərləri araşdırması zamanı onun imzasını aşkarladı. Bu yarpaqlarda quş və qrotesk baş təsvirində kiçik gizli imzadan ibarət idi. Bu imza aşkar edildikdən sonra onun digər üç rəsmin də ona aid olduğu aşkar edildi (Topkapı Sarayı. Kitabxana., H. 2147, fol. 23v və H. 2162, fol. 8v; Jacquemart-Andre, MS. 261). Şeyla R. Kanbiyə görə:[2]

Yarpaq kənarlarının yuvarlaq dişləri və yarpaqların sünbüllərini meydana gətirən qalın, qara süpürgə xətləri bu təsvirləri düzbucaqlı şəkildə saza [üslubuna] yerləşdirir...Vəli Canın imzalı rəsmindəki qrotesk baş aydın şəkildə mentorunun üslubundan götürülüb.

Mustafa Əli iddia edirdi ki, Vəli Canın rəssam kimi töhfələrinə baxmayaraq, onun üslubu inkişaf etməmişdi. Rəssamın adı Osmanlı saray emalatxanasının 1595-1596 və 1596-1597-ci illərə aid maaş cədvəlində də yer alır. Bu cədvəllərə əsasən onun gündəlik 7-9 axça maaş aldığı məlumdur. Maaşın miqdarı o dönəm üçün orta hesab edilə bilər və Mustafa Əlinin dəyərləndirməsini doğrulayan fakt ola bilər. Vəli Can daha çox Şahqulu üslubunda mələk (pəri) fiqurları və müəllimi Siyavuş ənənəsindəki gənc kişi fiqurları ilə tanınır.[2][5] Onun adı Osmanlı dünyasında məşhur olmuş və anidən incəsənət bazarı qiymətləndirmələrində inqilabı dəyişiklikıərə yol açmışdır.[4] Vəli Can Orxan Pamukun "Mənim adım qırmızı" romanındakı "Zeytun" obrazının tarixi şablonu olmuşdur.[6]

  1. 16-cı əsr Osmanlı İmperiyasında bitki mənşəli ornament üslubudur və onunla əlaqəli sənət üslubudur.[3]
  • Gisela Fock. Veli Can. y K. G. Saur. 2009.
  • Edited by: Jonathan M. Bloom and Sheila S. Blair. The Grove Encyclopedia of Islamic Art and Architecture. Oxford University Press. 2009. ISBN 9780195309911. ([[:Category:|link]])[[Category:]]
  • Sheila R. Canby. Veli Can. Grove Art Online. 2003.
  • Esra Akin-Kivanç. Mustafa Âli's Epic Deeds of Artists. Brill. 2011. ISBN 978-90-47-44107-6.
  • Walter B. Denny. Dating Ottoman Turkish Works in the Saz Style. Muqarnas. 1983.
  • Saz [Turk.: ‘reed’]. Oxford Art Online. 2003.