Vəli bəy Şaban bəy oğlu Bayəhmədli-Otuziki (?-?) — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı.
Vəli bəy Bayəhmədli-Otuziki | |
---|---|
Vəli bəy Şaban bəy oğlu Bayəhmədli-Otuziki | |
Doğum yeri | Boyəhmədli, Qarabağ |
Vəfat yeri | Boyəhmədli, Qarabağ |
Vəli bəy Şaban bəy oğlu təxminən 1681-ci ildə Qarabağın Otuziki elinin Bayəhmədli obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Hərb sənətini seçmişdi. 1725-ci ildə osmanlılar Qarabağı tutduqdan sonra Vəli bəyə mühafiz vəzifəsini təklif etmişdilər. Vəli bəy bir müddət bu vəzifədə osmanlılara xidmət etmişdi. Ona Arazbar qəzasının Kələçi-Keşəli kəndində timar vermişdilər. 26 iyun 1731-ci ildə Vəli bəy itaətsizlik göstərib Osmanlı ordusundan qaçdı.
Qarabağ bəylərbəyi II Uğurlu xan Ziyadoğlu-Qacar da II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qoşun yığmışdı. Ibrahim paşanın yanında olan Qarabağ qoşunu Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qoşuldu. Vəli bəy də gəlib bu dəstəyə birləşdi. Uğurlu xan Vəli bəyi Otuziki elindən toplanan dəstəyə minbaşı təyin etdi.
1734-cü ildə Nadirqulu xanın ordusu Qarabağa hücuma keçdi. Aşağı hissəsini bir hücumda alıb, paytaxt Gəncəyə irəlilədi. Şəhəri səkkiz ay yarımlıq bir mühasirədən sonra aldı.
Dağıstanı qarət etmiş Nadirqulu xan yenidən Azərbaycana geri qayıdarkən Qəbələdən keçərək 1734-cü ilin 13 oktyabrında Gəncə yaxınlığındakı Göykilsə kəndində qışlamaq üçün dayandı. Eyni zamanda Gəncə şəhəri mühasirəyə alındı. Gəncə osmanlılar tərəfindən möhkəmləndirilmiş bir şəhər idi. Burada 5.000 nizami qoşun var idi. Şnezenin yazdığına görə, Nadirqulu xan Gəncə qalasına yaxınlaşarkən 30.000 nəfərlik qoşuna malik idi. O, Gəncədə toplarla təchiz edilmiş 4.000 əsgərlə mühasirə xətti yaratdı. Məlumatdan görünür ki, Nadirqulu xanın qoşununun sayı xeyli artmışdı. Bu da Nadirqulu xanın Qarabağda keçirdiyi səfərbərliklə əlaqədar idi.
Fransız missionerlərinin yazdığına görə, "Dağıstan yürüşündən sonra Iran (Səfəvi) qoşunu təqribən 10.000 döyüşçü ilə daha da gücləndi, bunlardan 4 mini bu vilayətdən (Şirvandan) yığıldı, 6-7 minlik digər hissəsi isə Iranın (Səfəvi dövlətinin) müxtəif yerlərindən səfərbər edilərək (qoşuna) birləşdirildi. Nadirqulu xan bu qoşunla təslim olmaq istəməyən Gəncəyə doğru hərəkət etdi. Gəncənin mühasirəyə alınmasından bir müddət keçdi və mühasirə may ayına qədər uzandı. Şəhərdə güclü qarnizon, iki və üç illik bütün ehtiyat növü vardı".
Gəncə şəhərinin alınmasına səkkiz ay vaxt sərf olundu. Eyni zamanda Nadirqulu xanın qoşununa rus mütəxəsisləri kömək edirdilər. Bakıdan ağır toplar, bir neçə mühəndis və zabit gəlmişdi.
Gəncənin mühasirəsinin uzun sürməsi Nadirqulu xanın qoşununu ağır vəziyyətə saldı. Qoşunun ərzaq ehtiyatı tükəndi və aclıq başlandı. Nadirqulu xanın əmrinə əsasən ətraf kəndlərdən ərzaq ehtiyatı yığılmağa başlandı, xərac əhalidən amansızlıqla və ədalətsizliklə yığılırdı. Vəli bəy Bayəhmədli öz dəstəsini mahalı hesabına yedirirdi.
Nadirqulu xanın qoşununun güclü hücumlarına baxmayaraq, Gəncədə yerləşən Osmanlı qoşunu Qarsdan kömək almaq ümidilə möhkəm durmuşdu. Həqiqətən bu zaman Qarsda Abdulla paşanın başçılığı ilə Osmanlı qoşunu toplanmışdı və Gəncə mühasirəsində olan osmanlıların köməyinə tələsirdi. Nadirqulu xan bu xəbəri eşidən kimi Gəncədə az saylı qoşun saxlayaraq Osmanlı paşasını "qarşılamağa" tələsdi. 1735-ci ilin iyulunda Eçmiadzinin şimal-şərqində Osmanlı qoşunu ilə Nadirqulu xanın qoşunları arasında döyüş baş verdi. Bu döyüşdə Nadirqulu xanın qoşunu 55 000, Abdulla paşanın qoşunu isə 80 000 nəfərdən ibarət idi. Tərəflər arasında baş vermiş 5 saatlıq qanlı döyüş nəticəsində Osmanlı qoşunu güclü müqavimətə məruz qalaraq geri çəkilməyə məcbur oldu. Döyüşdə olan itkilər haqqında səyyahlar müxtəif rəqəmlər göstərirlər. Fransız missionerləri döyüşdə osmanlıların bir neçə yüksək vəzifəi zabitlə birlikdə 30 000 əsgər, Nadirqulu xanın qoşununun isə bir neçə yüz əsgər itirdiyini qeyd edirlər. J.Hanveyə görə, döyüşdə osmanlı qoşunu 20 000 əsgər itirmişdi. Bunların çoxu döyüş zamanı öldürülmüş, digərləri isə əsir düşmüşdü. Nadirin döyüşçüləri 32 top, ərzaqla dolu olan arabalar ələ keçirmiş, Abdulla paşa isə 8 000 nəfərlə Qarsa qayıtmışdı. Dövrün erməni mənbəyinin yazdığına görə, döyüşdə Osmanlı qoşunu 40 000, Nadirqulu xan isə 15-20 min əsgər itirmişdi.
Nəhayət, uzun çəkən danışıqlardan sonra, 1735-ci ilin martın 10- da Gəncədə sülh müqaviləsi bağlandı və müqavilənin şərtlərinə görə qalan Xəzər sahili Azərbaycan torpaqları geri qaytarıldı.
Bu zaman Gəncə şəhəri də təslim edildi. İrəvanı və hətta Gürcüstanı osmanlılardan geri qaytarmış Nadir xan hərbi əməiyyatları saxlayaraq Muğan düzünə geri çəkildi.
Vəli bəy öz el-oymağı ilə Xorasana sürgün olunmuşdu. Onun sürgündən sonrakı həyatı haqqında məlumat yoxdur.
Vəli bəyin Qılıcəli bəy, Kəlbəli bəy adlı oğlanları vardı.