Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər[1].
Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu[1]. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı[1].