Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir.
Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimidir.
Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir.
1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuşdur.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət və onun informasiya təminatı" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.[2]
2007-2009-cu illərdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) doktorant olmuşdur.
2011 -ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət institutunun kompleks-sistemli tədqiqi" mövzusunda doktorluq dissertasiyasını (elmi məsləhətçi - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.[3]
1991-ci ildə Bakı Kompüter Litseyində başlayan pedaqoji fəaliyyətini daha sonra Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent, Bakı Dövlət Universitetində (saathesabı), Qərb Universitetində dosent, professor vəzifələrində davam etdirmiş, həmçinin Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq Əlaqələr Kabinetinin müdiri, Qərb Universitetində Xarici Əlaqələr Şöbəsinin müdiri, Elmi İşlər üzrə Prorektor və "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müdiri vəzifələrində çalışmışdır. Hazırda Xəzər Universitetində professor [17] vəzifəsində çalışır.
Harvard Universitetində (ABŞ) və Karl-Franzens Graz Universitetində (Avstriya) dəvətli alim olaraq elmi araşdırmalar aparmışdır.
Mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərin üzvü kimi bu təşkilatların Potsdam, Afina, Toronto, Montreal, Porto, Barselona, Nyu-Jersi, Nyu-York, Zürix, Monterey şəhərlərində təşkil etdikləri beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
İki monoqrafiya və 50-yə yaxın elmi məqalənin müəllifidir.
Azərbaycanda ilk siyasi konsaltinq firması olan "Vəsilə Hacıyeva Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir.[4][5]
Yanvar 2017 - İyun 2017. Dəvətli alim. Harvard Universiteti, Rusiya və Avrasiya Tədqiqatları üzrə Devis Mərkəzi. ABŞ.[6],[7]
Noyabr 2014 - May 2015. Dəvətli alim. Karl-Franzens-Universität Graz. Rusiya, Şərqi Avropa və Avrasiya Mərkəzi. Avstriya.[8][9]
Həmçinin Kolumbiya Universitetindən [10] (ABŞ, Nyu York şəhəri), Vorvik Universitetindən [11], [12] (İngiltərə), Salerno Universitetindən [13] (İtaliya) dəvətlər almış, lakin onlardan faydalanmamışdır.
1-15 may, 2019. Akdeniz Universiteti, Antalya. Türkiyə. İqtisadi və idarəetmə elmləri fakültəsində “Siyasət nəzəriyyəsi II”, “Regional siyasət” və “Post-Sovet idarəçiliyi transformasiyası” fənləri üzrə mühazirələr, həmçinin universitetin müəllim və tədqiqatçıları üçün “Liberal demokratiyanın tətbiqi problemlərinə çoxmüstəvili baxış” mövzusunda elmi seminar.
1-5 iyun 2015. Viana do Castelo Politexnik İnstitutu. Viana do Castelo. Portuqaliya. Avropa İttifaqına üzv ölkələrin ali təhsil müəssisələrinin beynəlxalq həftəsi.
Intellectual liberalism: a theoretical way based on the legacy of Turkic thought. 2022. ISJ Theoretical & Applied Science, 05 (109), 38-49. Philadelphia, USA [22],[17]
Political scene and political culture in the clash of generations: analysis of early parliamentary elections on February 9, 2020 in Azerbaijan. 2020. ISJ Theoretical & Applied Science, 11 (91), 227-239. Philadelphia, USA [23],[18]
To Oligarchy through Democracy or to Disorder through Order. 2018. ISJ Theoretical & Applied Science, 10(66): 235-247. Philadelphia, USA [24]
EU’s Policy for Azerbaijan: Challenges, Errors and Opportunities. Akademik Bakış Dergisi. SayıI 52. 2015. Kasım - Aralık. Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi. İktisat ve Girişimçilik Üniversitesi, Türk Dünyası. [25]Arxivləşdirilib 2016-01-27 at the Wayback Machine
Türkiyə və yeni dünya sistemi. Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. N 02(14). Aprel-May 2013, Bakı.
Qərbdən Şərqə keçən güc və Türkiyə. Strategiya. 2012. Bakı.
Глобальный кризис: причины, направления и пути преодоления. Век глобализации. V.1, 2010. Москва. [26]; [27]
Azerbaijanizm and Turkizm in the National Ideological System. The Philosopher’s Index. An International Index to Philosophical Periodicals and Books. V.44, N 4, 4-th quarter, P.383, 2010. “Philosopher’s Information Center”, USA; 2009.
Azərbaycançılıq və Türkçülük milli ideologiya sistemində. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2009, V. 3 (27). Bakı.
Müasir dövrdə qlobal nizam və qaydasızlığın iki əsas tərəfi – demokratikləşmə və münaqişələr. Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, V. 4(28), 2010. Bakı. Azərbaycan.
Yerel, bölgesel ve küresel güvenliye doğru yaklaşım. “2023” Dergisi, onbeş şubat 2bin9, sayı 94, 2009. Ankara, Türkiye.
К вопросу о соотношении политики и права. Мир человека. Философский и общественно-гуманитарный журнал. №2(40), 2009. Казахыстан, Алма-Ата.
Optimal geosiyasi fəaliyyətin şərtləri. Bakı Dövlət Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, №1. 2009. Bakı.
Siyasət və iqtisadiyyatın koordinasion əlaqələri. AMEA-nın xəbərləri. İqtisadiyyat elmləri seriyası. N 2. 2008. Bakı.
Siyasət və fəlsəfə əlaqələri ideoloji müstəvidə. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, N 4(22), 2008.
İdeologiya siyasətin subyektiv məzmununun göstəricisi kimi. Bakı SlavyanUniversiteti, Elmi əsərlər, İctimai- siyasi elmlər seriyası, №2. 2008. Bakı.
Siyasətin əxlaqi kriteriyası. Pedaqoji Universitetin xəbərləri. N 3. 2008. Bakı.
Milli mentalitet və siyasət nisbəti. BDU. Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal, №3. 2008. Bakı.
Siyasi sistemin daxili və xarici əlaqələr şəbəkəsi. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, N 4. 2007. Bakı.
Azərbaycan Respublikasının Milli Məclisinə 09 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərinə yaşadığı 34 saylı Xətai ikinci dairəsindən müstəqil namizədliyi MSK tərəfindən təsdiqləndi. [28]Arxivləşdirilib 2020-02-29 at the Wayback Machine Həmin dairədən hakim partiya YAP altı çağırış deputat olmuş Mixail Zabelini namizədi kimi irəli sürdü. Vəsilə Hacıyeva ictimaiyyət tərəfindən Mixail Zabelinin əsas rəqibi kimi qəbul olundu. [29], [30], [31]
10 fevral 2020-ci il tarixində Vəsilə Hacıyeva seçki günü seçicilərin seçki hüququnu pozmaqla total saxtakarlıqlar aparılaraq Mixail Zabelinin qalib edilməsi ilə bağlı faktlarla ictimaiyyətə müraciət etdi. [32], [33]
12 fevral 2020-ci il tarixində 34 saylı Xətai ikinci dairəsinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətini təqdim etdi. MSK 17 fevral 2020-ci il tarixində keçirdiyi iclasda sadəcə 7 məntəqənin (1, 2, 3, 4, 18, 30, 35) nəticələrinin ləğvi qərarı ilə dairənin ləğvinin qarşısını aldı. [34], [35];
[36]
Vəsilə Hacıyeva 20 fevral 2020-ci il tarixində MSK-nın qərarından şikayəti ehtiva edən iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Bakı Apelyasiya Məhkəməsi 22 fevral 2020-ci il tarixli iclasının qərarı ilə mübahisəni MSK-nın xeyrinə həll edərək iddianı təmin etmədi.[37]
↑Hajiyeva, Vasila. The academic title of Professor by the Supreme Attestation Commission. [1] (PDF)
↑Hacıyeva, Vəsilə Cümşüd qızı. Siyasət və onun informasiya təminatı [Mətn] : siyasi e. n. a. dər. al. üçün təq. ol. dis.: 23.00.02 /V. C. Hacıyeva ; Azərb. Resp. Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası. Bakı. 2004. 143 səh.
[2]
↑Hacıyeva, Vəsilə Cümşüd qızı. Siyasət institutunun kompleks-sistemli tədqiqi [Mətn] : siyasi e. d-ru a. dər. al. üçün təq. ol. dis.: 23.00.02 /V. C. Hacıyeva ; AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu. Bakı.
2011. [3]
↑Education Force: Driving Mobility for EU - East Europe cooperation [12][ölü keçid]
↑“METAFİZİKA” Beynəlxalq Fəlsəfi və Fənlərarası Araşdırmalar Jurnalının REDAKSİYA HEYƏTİ [13][ölü keçid]
↑Vəsilə Hacıyeva. Siyasi orqanizm: elementlər, əlaqələr, proseslər (monoqrafiya). [14] (PDF)
↑Intellectual liberalism: a theoretical way based on the legacy of Turkic thought. [15]Arxivləşdirilib 2022-05-07 at the Wayback Machine (PDF)
↑Political scene and political culture in the clash of generations: analysis of early parliamentary elections on February 9, 2020 in Azerbaijan. [16]Arxivləşdirilib 2022-05-07 at the Wayback Machine (PDF)