Vəsiqələr — müəssisə tərəfindən öz səhmləri üçün buraxılmış call-opsionlardır. Onlar səhmdarlara adi səhmlərin yeni emissiyasına onların açıq yerləşdirilməsindən öncə abunə olmaq hüququ verir. Dövriyyədə olan hər bir səhm bir vəsiqə alır. Bir səhm müəyyən sayda vəsiqə+ abunə qiymətinə bərabər pul məbləğinə alınır. Yeni səhmlərə abunə qiyməti adətən buraxılma anına səhmlərin bazar qiymətindən aşağı təyin edilir.
Vəsiqələr adətən qısamüddətli olur (emissiya anından 2-10 həftə müddətinə) və onların icra müddətinə qədər sərbəst dövriyyədə olurlar. Müəyyən tarixədək köhnə səhmlər vəsiqələrlə birgə satılır, yəni səhmlərin alıcısı həm də vəsiqələr buraxılırsa onları da əldə edir. Bu tarixdən sonra səhmlər vəsiqəsiz və daha aşağı qiymətə satılır. Bəzən səhmlərin populyar buraxılışlarına vəsiqələr birjada, digər hallarda isə birjadankənar bazarda satılır.
Vəsiqələr səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunmayıblar.[1]