Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv).
{{{latin}}} | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Saxifraga exarata |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır.
Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur. Qutucuq dairəvidir.
Çiçəkləmə-meyvə əmləgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofit bitkidir. Populyasiyaları məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. Yaşama ərazisinin deqradasiyası, populyasiyanın zəif bərpası və antropogen amillər məhdudlaşdırıcı amillərdəndir. Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Azərbaycanın nadir növüdür.