Saxifraga

Daşdələn (lat. Saxifraga) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinə aid bitki cinsi.

Daşdələn
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu cinsə daxil olan bitkilər qayalıqlar arasında bitdiyinə görə daşdələn adlandırılmışdır (yunanca "saxum" — qaya deməkdir. Məlum olan 370 növdən gülçülükdə təxminən 80 növündən istifadə edilir. Onlardan ən geniş yayılanları aşağıdakılardır:

  • Çimli daşdələn (S. caespitosa) hündürlüyü 20 sm-ə çatan, ağ gülləri süpürgə çiçək qrupuna toplanmış bitkidir. Daşdələnin vətəni tundradır. Əsasən bitkinin hibrid formalarından istifadə olunur.
  • Dənəvər daşdələn (S. granulata) vegetativ çoxalma üçün rozetin bünövrəsində əmələ gələn xırda kök yumrularından istifadə edilir.
  • Qığırdaqlı daşdələnin (S. cartilaginea) yarpaqları ağ, əhəngli dənəciklərlə örtülü olan bitkidir. Daşdələnin toxumlarını apreldə torpağa səpməklə çoxaltmaq olar. Toxumların üzəri torpaqla örtülür. Əmələ gələn cücərtiləri 20x20 sm sxemi üzrə, birinci yarpaq fazasında başqa yerə əkirlər. Qışda cavan bitkilərin üzərini yarpaqlarla örtürlər. Yaşıllaşdırmada qayalıq yerlərdə əkilməsi məqsədəuyğundur. Azərbaycanda cinsin 15 növü yabanı yayılmışdır.