"Vətən" və ya "Evə qayıdış" (hind. स्वदेस; Rom: Swades) rejissor Aşutoş Qovariker tərəfindən 2004-cü ildə çəkilmiş olan hindi dilində dram filmidir. Filmdə ifa olunmuş “Yeh Taara Woh Taara” mahnısına görə müğənni Udit Narayan Milli Film Mükafatına layiq görülmüşdür.
Vətən | |
---|---|
hind. स्वदेश | |
Janr | dram filmi[1], romantik film |
Rejissor | Aşutoş Qovariker |
Prodüser | Ronni Skrivala |
Ssenari müəllifi | Aşutoş Qovariker |
Baş rollarda | |
Operator | Maheş Anei |
Bəstəkar | A.R.Rəhman |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2004 |
Müddət | 187 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0367110 |
Vikianbarda əlaqəli mediafayllar |
Mohan Bharqav Hindistanın ucqar bir kəndindən ABŞ-a gəlmiş bir mühacirdir. Öz doğma vətənində, Çarannpur kəndində o, uşaqlıq dostu, sevimli məktəb müəllimi Gitanı geridə qoyub gəlmişdir. O, NASA Tədqiqat Mərkəzində GPM peykinin buraxılışına nəzarət edən komandada fəaliyyət göstərir.