Vətən Partiyası (Türkiyə, 2015)


Vətən Partiyası- Türkiyədə siyasi partiya.

Vətən Partiyası

Vatan Partisi
Sədri Doğu Perinçek
Qurucu Doğu Perinçek
Quruluş tarixi 2 mart 1992
Sələfi İşçi Partiyası
Baş qərargah Ankara, Türkiyə
İdeologiya Solçuluq
Sol milliyətçilik
Sol populizm
Avrasiyaçılıq
Millətçilik
Qərb əleyhdarlığı
İdeoloji spektr İfrat sol
Gənclər təşkilatı Öncü Gənclik
Üzv sayı 22.647
Şüar Artık yeter!Vatan Partisi!
Parlamentdə
0 / 600
Mətbuat orqanı

"Aydınlıq" qəzeti

"Ulusal" kanal
Saytı vatanpartisi.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Partiya ümumilikdə solçu ideologiyalı bir partiyadır.Özünü Türkiyə işçi sinfinin,kəndlilərin,sahibkar və sənətkarların, fikir əməkçilərinin,milli sənayeçilərin ortaq milli iqtidarı üçün mücadələ edən partiya olaraq hesab edilir.

Gənclər təşkilatı Öncü Gənclik, qadın təşkilatı Öncü Qadın olaraq adlandırılmaqdadır.Partiyanın ayrılıqda özünə tabe USMER adında bir strateji araşdırma mərkəzi mövcuddur.

Vətən Partiyası, Mustafa Kamal Atatürkün Türkiyə Böyük Millət Məclisinə konstitusiya dizaynı olaraq göstərdiyi 13 sentyabr 1920 tarixli Xalqçılıq proqramında və Türkiyə Böyük Millət Məclisinin 17 noyabr 1920-ci ildə qərarlaşdırdığı Xalqçılıq bəyannaməsindən yaranan təməl proqramın bu gün də keçərli olduğu fikrini irəli sürür.