Vətən müharibəsi şəhidləri (noyabr, 2020)

Siyahı[redaktə | mənbəni redaktə et]

Şəhid
Foto
Rütbəsi
SQ
Ölüm tarixi
Qısa tərcümeyi-halı
Abdullayev Elgün Əmirxan oğlu əsgər
(MAHHXHQ)
07.11.2020 01.04.1994-cü ildə Ağstafa rayonunda (Qırılı) doğulub. Evli. 2 övlad atası. Orta təhsilli. Müdafiə Nazirliyinin Quru Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 07.11.2020-ci ildə Şuşa istiqamətində şəhid olub. Ağstafa rayonunda (Qırılı) dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə""Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.