Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu.[1] Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş[2] və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan[3] təşkilat 2006-cı ildə təsis edilmişdir.[1] Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi.[4]
YDG-H | |
---|---|
kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger türk. Yurtsever Devrimci Gençlik Hareket | |
Növü | silahlı gerilla təşkilatı |
Yaranma tarixi | 2013 | –2015
Ölkə | Türkiyə |
Tabedir | Kürdüstan Fəhlə Partiyası |
Tərkibi | 15–25 yaşlı gənclər |
Vəzifəsi | Muxtariyyət tələblərini qorumaq |
Qərargah | Cənub-şərqi Anadolu regionu |
Döyüşlər | Şırnak döyüşləri |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi.[5]
YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.[6]