Vətənpərvərlərin İctimai Partiyası[1] (yap. 愛国公党) — Yaponiyanın ilk siyasi partiyası. Partiya sağ liberalizmə sadiq olmuşdur. Vətənpərvərlərin İctimai Partiyası 1874-cü ildə yaradılmışdır. 1890-cı ildə Yaponiya Liberal Partiyası ilə birləşmişdir.
Lideri | İtaqaki Taysuke, Soyeşima Taneomi, Qoto Şyociro və Eto Şinpey |
---|---|
Quruluş tarixi | 1874 |
Dağılma tarixi | 1890 |
İdeologiya | Librealizm |
1873-cü il hökumət nümayəndələri İtaqaki Taysuke, Soyeşima Taneomi, Qoto Şyociro və Eto Şinpey müxalifətə keçərək hökumətə petisiya göndərirlər. Burada ümumxalq parlamentinin çağılma istəyi bildirilirdi.
12 yanvar 1874 ildə hərəkat tərəfdarları "Xoşbəxtlik və Çiçəklənmə" şirkətinin Tokionun Hinca taronunda yerləşən binasında toplantı keçirirlər. Burada partiyanın platforması və bəyanmaməsi qəbul edilir. Partiyanın yaradılma səbəbi xalqla hökumət arasında əlaqələrin təşkilini nəzərfə tuturdu[2][3]. Bununla da xalq hüquqları hərəkatı başlamış olur.
15 yanvar 1874-cü ildə partiya üzvləri parlamentin yaradılması tələbi ilə petisiya imzalayırlar. Lakin bu fikir xalq arsında rəğbət qazana bilmir. Onlar bu cətinlikləri aradan qaldırmaq məqsədilə xalq arasında təbliğat aparmaq məqsədilə tədbirlər planı işlənir.
3 iyun 1890-cı ildə üç partiya "Koin Klubu" (yap. 康寅倶楽部) adlı birlikdə birləşdirilir. "Klubun" əsasında 15 sentyabr 1890 ildə Kobstutsiya-Liberal Partiyası təşkil olunur.