Vəzili biyan

Ural biyanı (lat. Glycyrrhiza uralensis)[1]biyan cinsinə aid bitki növü.[2] 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur. Vəzili biyanda çiçəkləmə may-iyun aylarında baş verir. Meyvələrin yetişməsi isə iyul-avqust aylarına qədər davam edir. Azərbaycanda Naxçıvan MR-da, Lənkəran-Muğan ovalığında yaxın dağ qurşaqlarına qədər olan ərazilərdə çaylara yaxın yerlərdə, otlu təpələrdə, bəzən isə qərb zonalarında rast gəlinir. MDB ərazisində Qafqazda (Ön Qafqaz, Şərqi Qafqaz, Cənubi Qafqazda xüsusilə), Rusiyanın Avropa hissəsində, Orta Asiyada rast gəlinir. Dünya üzrə Orta Avropada. Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada, İranda, Armavirdə və digər ərazilərdə bitir. Qeyd etmək lazımdır ki, vəzili biyanın Azərbaycanda yetişdirilməsi və təsərrüfat xüsusiyyətləri digər biyan növləri ilə müqayisədə az öyrənilmişdir. 14 Biyan cinsinin bu növü təbii ehtiyatlarının olması baxımından digər növlər içərisində 4-cü yeri tutur (2006-cı il məlumatlarına əsasən). G. glanduliferanın bioloji xüsusiyyətləri yaxşı öyrənilsə də onun tətbiq sahələri hələ ki, tam olaraq müəyyənləşdirilməyib. Biokimyəvi analizlər nəticəsində məlum olmuşdur ki, Vəzili biyanın yaz dövrlərində (martın sonu-mayın əvvəlləri) yarpaqlarının üzərindəki vəziciklər tərəfindən ifraz olunan efir təbiətli maddələr həm də aşılayıcı xüsusiyyətə malikdir. Bu isə Vəzili biyanın yem bitkisi olaraq heyvanlar tərəfindən istifadəsini nisbətən məhdudlaşdırır. Amma eyni zamanda öyrənilmişdir ki, bu aşılayıcı maddələr kimyəvi baxımından insan orqanizmində müəyyən plastik mübadilələrdə (anabolizmlərdə) iştirak edə bilər. Bu baxımdan G. glandulifera son zamanlar tibbi istifadə baxımından elm adamlarında maraq oyatmağa başlamışdır.

Ural biyanı
Elmi təsnifat
Beynəlxalq elmi adı
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.