Vəzir-i qorçiyan-i əzəm —Ehtimal etmək olar ki, bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və mühasibat işlərini yerinə yetirirdilər. Təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s. möhür basır, tapşırıq qeydləri aparırdı.[1]
İsgəndər bəy Münşi dövründə böyük qorçilərin vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi xidmət etmişdir.[1]
Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh. +8 səh.(illüst.) ISBN 978- 9952- 34-101- 0