VBC Casalmaggiore — Seriya A1-də mübarizə aparan İtaliya qadın voleybol klubu.
Volleyball Casalmaggiore | |||
---|---|---|---|
Ölkə | |||
Şəhər | Kazalmadjore | ||
Ləqəb(lər) | Pallavolo Rosa Casalmaggiore | ||
Rəng(lər) | çəhrayı və qara | ||
Yaranma tarixi | 2008 | ||
Meydança | PalaFarina | ||
Tutumu | 1.200 | ||
Prezidenti | Massimo Boselli | ||
Baş məşqçisi | Alessandro Beltrami | ||
Liqa | Seriya A1 | ||
2013-14 | 7 | ||
|
|||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
VBC Casalmaggiore 2008-ci ildə yaradılmışdır. İtaliya Voleybol Federasiyası kluba lazımi lisenziyanı təqdim edərək onun 2008-09 mövsümündən etibarən Seriya B2-də mübarizə aparmasına izin vermişdi.
Bundan sonra Casalmaggiore sözü gedən liqada səkkizinci yeri tutmuşdu. Ancaq 2009-10 mövsümündə komanda süpriz çempionluq yaşayaraq bir üst liqaya yüksəlmişdi. Bu liqada da debütdəcə gələn ikincilik onun 2011-12 mövsümündə Seriya A2-də mübarizə aparmasına şərait yaratmışdı.
İki mövsümü də ikinci liqa da keçirən Casalmaggiore nəhayət 2013-14 mövsümündə istəyinə nail ola bilmişdi. Belə ki, komanda tarixində ilk dəfə olaraq əsas liqada — "Seriya A1" elitasında iştirak hüququ qazanmışdı. Bu liqada da komandanın debütü elə də uğursuz alınmadı. Liqanın normal sezonunda ilk yeddiyə girən klub pley-offa yüksələ bilmişdi. Bu mərhələdə isə onların qarşısını güclü İmoko Volley Konegliano kəsmişdi. Üç matçlıq seriyada iki dəfə "3-0" hesabı ilə qələbə qazanan koneglianolular yarımfinala yüksələ bilmişdi.[2]
2013-14 mövsümü Casalmaggiorenin voleybolçuları üçündə uğurlu alındı. Komandanın yeni transferləri Valentina Zaqo və Yovana Stevanoviç çempionatın ən yaxşıları sırasına adlarını yazdıra bilmişdilər. Onlardan müvafiq olaraq Zaqo 42, Yovana isə 64 xal (səsvermə xalları) toplayaraq bu uğura imza atmışdılar.[3]
2013-14 mövsümü üçün[4]
Nömrə | Oyunçunun adı | Mövqeyi | Ölkəsi |
1 | Lusia Baççi | Hücumçu | İtaliya |
2 | Taismary Agüero | Diaqonal | İtaliya |
3 | Rossella Olivotto | Blokçu | İtaliya |
5 | Immacolata Sirressi | Libero | İtaliya |
6 | Alessia Gennari | Hücumçu | İtaliya |
7 | Geraldina Quiligotti | Libero | İtaliya |
8 | Florencia Aguirre | Blokçu | Uruqvay |
9 | Beatrice Agrifoglio | Toppaylayıcı | İtaliya |
11 | Tina Lipicer | Hücumçu | Sloveniya |
12 | Letizia Camera | Toppaylayıcı | İtaliya |
13 | Valentina Zago | Diaqonal | İtaliya |
15 | Yovana Stevanoviç | Blokçu | Serbiya |
16 | Giuliana Grazietti | Hücumçu | İtaliya |