V şəkilli dərələr

V şəkilli dərələr — Erozion mənşəli çay dərələrinin əksəriyyəti bu tip dərələrə aiddir. Dərənin V şəkilli quruluşa malik olması birinci növbədə üfüqi eroziyanın təsiri ilə əlaqədardır. Ona görə də bu dərələrin yamacları yuyularaq bir -birindən bir qədər aralı olur. Qeyd edək ki, tektonik mənşəli dərələrin əksəriyyəti V şəkilli quruluşa malikdir. Buna misal olaraq Reyn çay dərəsinin orta hissəsini göstərmək olar.[1]

  1. Səmədov S. S. Məmmədova P. Ə. Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası. Ali məktəblər üçün dərslik. Bakı. 2011.134 səh.