Subasarlı dərələr — Subasarlı dərələr əsasən düzənlik və ovalıqlarda, qismən isə kiçik dağarası çökəklikdə müşahidə olunur. Mülayim iqlim qurşağında, eləcə də suyun artması ilə əlaqədar olaraq subasarlı dərədə su çay vadisini tamamilə örtür. Bəzən subasarlı dərənin və çay vadisinin eni olduqca böyük olur. Belə ki,Cənubi Amerikanın Amazonka çayının aşağı axarında vadinin maksimal eni təqribən 20 km-ə çatır. Bu dərədə suyun səviyyəsi qalxaraq subasarlı çay dərəsini tamamilə tutur. Bu proses Cənub yarımkürəsinin tropik sahəsinin yağmuru ilə bağlıdır.Ukraynanın Dnepr çayının aşağı axınında subasarlı dərənin eni təxminən 25 km-ə çatır. Qeyd etmək lazımdır ki, subasarlı dərənin kənar hissələrində çayın dərinliyi azalaraq nisbətən xırda süxur hissəciklərinin çökməsinə səbəb olur. Subasarlı çay dərəsinin yamacında adətən üfüqi eroziya nəticəsində əmələ gələn pillələr və ya terraslar mövcuddur.[1]