V Baqrat (gürc. ბაგრატ V დიდი ;XIV əsr – 1393, Tiflis) — 1360-1393-cü illər arasında hökm sürmüş Gürcüstan çarı.[1]
V Baqrat | |
---|---|
gürc. ბაგრატ V დიდი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1393 |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | islam, Gürcü Ortodoks Kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Atası IX Davidin ölümündən sonra 1360-cı ildə Gürcüstan taxtına oturdu. Onun tacqoyma mərasimi Kutaisidə həyata keçirildi. İlk evliliyi Trabzon imperatorunun qızı Helena Komninoy ilə baş tutdu. Helena Komninoyun ölümündən sonra ikinci evliliyi yenə Trabzon imperatorunun qızı Anna Komnina ilə reallaşdı.
Erməni və yunan salnaməçilərinin ifadələrinə görə, çar bacarıqlı döyüşçü və istedadlı sərkərdə idi.[2][3] V Baqrat 1385-ci ildə Qızıl Orda xanı Toxtamışla, Teymuri hökmdarı Əmir Teymura qarşı ittifaq bağladı. 1386-cı ilin payızında Əmir Teymurun komandanlığı altında nəhəng bir ordu Gürcüstan krallığının ərazilərinə daxil oldu. Teymur Tiflisi mühasirəyə aldı. Gürcü zadəganlarının çoxu qalalarda gizlənərək V Baqrata xəyanət etdilər. 22 noyabr 1386-cı ildə altı aylıq mühasirədən sonra Teymuri ordusu şəhərə daxil oldu. V Baqratt arvadı və oğlu ilə birlikdə əsir götürüldü.[2]
Teymurun ordusu qışlaq etmək üçün Qarabağ ərazisində dayandı. V Baqrat, Əmir Teymura tabeliyini bildirdi və islam dinini qəbul etdi.[4] Bundan sonra Əmir Teymur V Baqratı azad etməyə razı oldu. O, V Baqratı on iki min əsgər ilə birlikdə islamı yayması üçün Gürcüstan krallığına göndərdi. Ancaq Gürcüstan krallığının ərazilərinə daxil olduqdan sonra V Baqrat oğulları Georgi və Konstantin və gürcü əsgərləri ilə birlikdə Teymuri əsgərlərini qılıncdan keçirdi.[2]
Bu dövrdə V Baqratın vassalı İmeretiya şahzadəsi Aleksandr özünü müstəqil bir hökmdar elan etdi və 1387-ci ildə Gelati monastırında özünə tacqoyma mərasimi keçirdi. 1388-ci ilin yazında Əmir Teymur yenidən Gürcüstan krallığının ərazilərinə daxil oldu. Bu dövrdə V Baqratın müttəfiqi Qızıl Ordanın Azərbaycana hücuma keçməsi və İranda üsyanların olması Gürcüstan krallığı üçün faydalı oldu. Əmir Teymur bu səbəblərə görə Tiflisdən geri çəkildi. 1389-cu ildə, İmeretiya çarı Aleksandrın ölümündən sonra V Baqrat ölkənin suverenliyini bərpa etməyi bacardı. V Baqrat 1393-cü ildə vəfat etdi. Taxtına böyük oğlu VII Georgi keçdi.[2]